BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda arvadına xəsarət yetirərək qaçan şəxs Çində saxlanıldı

Noyabrın 24-də paytaxtın Xətai rayonunda həyat yoldaşına kəsici alətlə ağır xəsarət yetirərək ölkədən qaçan şəxs saxlanılıb.

 

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən olunub ki, 1969-cu il təvəllüdlü Rüstəm İbrahimov hadisəni törətdikdən sonra ölkə ərazisini Türkiyə istiqamətində tərk edib və oradan Çinə gedib.

 

DİN əməkdaşlarının Çin Xalq Respublikasının hüquq-mühafizə orqanları ilə birgə keçirdikləri tədbirlər nəticəsində R.İbrahimov Çinin Xianyang şəhərində saxlanılıb.

 

Hazırda onun Azərbaycana gətirilməsi üçün müvafiq tədbirlər görülür.

Tarix: 26 Noyabr 2025, 10:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin