BURADA REKLAMINIZ OLA
BİLƏR

Şəhidin hərbçi övladı vəfat etdi - YENİLƏNDİ

Birinci Qarabağ müharibəsi şəhidi Elman Məhərrəmovun vəfat edən oğlu İsmayıl Məhərrəmov dəfn olunub. Oxu.Az xəbər verir ki, Azərbaycan Ordusunun baş leytenantı olan İ.Məhərrəmov Biləsuvar rayonunun Səmədabad kəndində torpağa tapşırılıb.

 

İlkin məlumata əsasən, İ.Məhərrəmov Vətən müharibəsi zamanı döyüşdüyü əraziləri ziyarət edərkən, dağlıq ərazidə yıxılıb.

 

***

09:56

 

Birinci Qarabağ müharibəsi şəhidi Elman Məhərrəmovun oğlu İsmayıl Məhərrəmov dünyasını dəyişib.

 

Azərbaycan Ordusunun baş leytenantı olan İ.Məhərrəmovun ölüm səbəbi hələlik məlum deyil.

 

İ.Məhərrəmov həmçinin Vətən müharibəsi iştirakçısı idi.

 

Qeyd edək ki, mərhum Biləsuvar rayonundandır.

 

Oxu.az

Tarix: 27 Noyabr 2025, 11:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin