BURADA REKLAMINIZ OLA
BİLƏR

“Xəzər TV”dən yayımın dayandırılması ilə bağlı açıqlama

Xəzər TV “İncə səhər” verilişinin yayımının dayandırılması ilə bağlı açıqlama yayıb.

 

Kanaldan verilən məlumatda bildirilib ki, efirdə texniki nasazlıq yaranıb.

 

Bu gün saat 10:38-də “Xəzər TV”də “İncə Səhər” verilişinin yayımı zamanı texniki problem yaranıb. Bildiririk ki, sözügedən verilişin bu həftə efirə getmiş bütün buraxılışları öncədən çəkilib. Verilişin bugünkü buraxılışı da əvvəlki günlərdə çəkilib, anonsu uğurla yayımlanıb və həmin mərhələdə heç bir nasazlıq qeydə alınmayıb.

 

Bu gün yayımlanacaq buraxılış 2 fayldan ibarət idi. 1-ci fayl heç bir problem olmadan efirə verilib. Reklam buraxılışına ayrılıb və 2-ci faylın yayımlanması zamanı texniki problem yaranıb. Fayl “playout” sistemi tərəfindən oxunmadığı üçün efirə çıxmayıb. Tətbiqi proqram təminatında kritik xəta baş verib, bu isə əsas efir serverində cihaz səviyyəli nasazlıq yaradıb, nəticədə də verilişin tam yayımı mümkün olmayıb.

 

“Xəzər TV” olaraq yaranmış narahatlığı anlayışla qarşıladıqları və efirimizi diqqətlə izlədikləri üçün izləyicilərimizə minnətdarlığımızı bildiririk.

Tarix: 27 Noyabr 2025, 14:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin