BURADA REKLAMINIZ OLA
BİLƏR

Hərbi Prokurorluq bir sıra cinayətlərdə ittiham olunan zastava rəisi barədə qərardan şikayət verdi

Cəlilabad Hərbi Məhkəməsi bir sıra cinayətlərdə ittiham olunan sabiq zastava rəisi barədə verilən qərar və Hərbi Prokurorluğun şikayətinə münasibət bildirib.

 

Cəlilabad Hərbi Məhkəməsindən bildirilib ki, noyabrın 27-də məhkəmədə Cinayət Məcəlləsinin 329.2.1, 329.2.2 və 329.3-cü maddələri ilə təqsirləndirilən Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin hərbi qulluqçusu, kapitan Səfəralıyev Mahmud Hikmət oğlunun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimata baxılıb və təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual əsaslar müəyyən edilmədiyindən məhkəmənin həmin tarixli qərarına əsasən təqdimat rədd edilib, M.H.Səfəralıyev dərhal məhkəmə iclas zalında həbsdən azad edilib.

 

Qəbul edilmiş həmin qərarın iş üzrə yekun məhkəmə qərarı olmadığı, prosessual məcburiyyət tədbirinin tətbiqi ilə bağlı məsələyə baxılarkən şəxsin təqsirlilik məsələsinin həll olunmadığı nəzərə alınmalıdır.

Tarix: 28 Noyabr 2025, 15:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin