BURADA REKLAMINIZ OLA
BİLƏR

Qaçırdığı avtomobillə taksi fəaliyyəti göstərən sürücü saxlanıldı

Qaçırdığı avtomobillə taksi fəaliyyəti göstərən sürücü saxlanılıb.

 

Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, noyabrın 27-də paytaxt sakini olan bir nəfər polisə müraciət edərək bildirib ki, işdə olduğu vaxtda yaxın ərazidə saxladığı ona məxsus “Azsamand” markalı avtomobil qaçırılıb.

 

Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 34 yaşlı N.Məmmədov nəqliyyat vasitəsilə birgə saxlanılıb.

 

Aparılan araşdırmalarla məlum olub ki, saxlanılan şəxs həmin avtomobili istifadə etməklə taksi fəaliyyəti ilə də məşğul olub.

 

Araşdırmalar davam etdirilir.

Tarix: 29 Noyabr 2025, 17:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin