BURADA REKLAMINIZ OLA
BİLƏR

Ayxan Abbasovla Saşa İliç arasında qalmaqal: Hər iki məşqçi meydandan qovuldu - VİDEO

Azərbaycan Premyer Liqasının 13-cü turunda keçirilən "Şamaxı" - "Sumqayıt" matçının sonlarında ara qarışıb. Pravda.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, qonaqların bərabərlik qolundan sonra "Sumqayıt"ın baş məşqçisi Saşa İliç meydan sahiblərinin məşqçilər korpusuna tərəf qaçaraq qeyri-etik jest edib.

 

Buna etiraz edən meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasov isə onun üstünə hücum çəkib.

 

Oyunun baş hakimi Tural Qurbanov hər iki mütəxəssisə qırmızı vərəqə göstərib, meydan qovub.

 

Tarix: 30 Noyabr 2025, 20:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin