Bakıdakı maşın bazarının Ağdama köçürüləcəyi ilə bağlı iddialar yayılıb. Bundan başqa, növbəti ildən hibrid mühərrikli, həmçinin elektriklə işləyən avtomobillər üçün əlavə dəyər vergisi və aksiz rüsumlarında güzəştlər ləğv olunacaq. Bunun isə indidən qiymət artımına səbəb olduğu bildirilir. Oxu.Az-ın əməkdaşı hər iki iddianı araşdırmaq üçün Badamdarda yerləşən maşın bazarına yollanıb.
Alıcılar və satıcıların bazarın köçürülməsi məsələsinə münasibəti birmənalı deyil. Onlar bildirirlər ki, Bakıdakı bazarın ləğvi əlavə çətinliklər yaradacaq. Vurğulanır ki, insanların böyük hissəsi Ağdama maşın almağa getməyəcək.
Vətəndaşlar, ekspertlər paytaxtdakı maşın bazarı saxlanılmaqla, paralel olaraq Ağdamda da yeni bazarın açılmasını təklif edirlər. Onlar vurğulayırlar ki, bu, Qarabağda məskunlaşan insanlar üçün də əlavə imkanlar yaradacaq.
Qeyd olunur ki, ölkənin müxtəlif regionlarında bazarların olmasının mənfi tərəfi yoxdur. Lakin bir qrup vətəndaş paytaxtdakı bazarın köçürülməsinin tərəfdarıdır. Onlar bunun Bakıda sıxlığın azalmasına səbəb ola biləcəyini düşünürlər.
Bazar rəhbərliyi isə Oxu.Az-a açıqlamasında bildirib ki, sözügedən məsələ ilə bağlı rəsmi məlumat yoxdur. Hansısa yenilik olduqda ictimaiyyətə geniş açıqlama veriləcək.
Avtomobillərin qiymət artımı ilə də bağlı fikirlər fərqlidir. Bir qrup alıcı qiymət artımından, satıcılar isə müştəri azlığından şikayətlənirlər.
Alıcılar və satıcılar qiymət artımını növbəti ildən hibrid mühərrikli və elektriklə işləyən avtomobillər üçün əlavə dəyər vergisi və aksiz rüsumlarına güzəştlərin ləğv ilə əlaqələndirirlər.
Həmin qərar qüvvəyə minmədən isə artıq bahalaşma başlayıb...
Hətta iddia edilir ki, ölkədə fəaliyyət göstərən rəsmi dilerlər sifarişləri fevral-mart aylarından tez çatdıra bilmədiklərinə görə 5 000 manatadək qiymət artımı var.
Rəsmi dilerlərdən birinin nümayəndəsi isə bu iddianın doğru olmadığını qeyd edib.
Avtomobil Dilerləri Assosiasiyasının İdarə Heyətinin sədri Eyyub Əliyev hesab edir ki, satış mərkəzləri qiymətləri səbəbsiz yerə artırmır. O bildirib ki, Çin avtomobil zavodlarında və logistika xidmətlərində bahalaşma var və bu da maşınların dəyərinə təsir edir.
Sədr vurğulayıb ki, 2026-cı ildən Çində avtomobillərə tətbiq olunan subsidiyaların müddəti sona çatır. Həmçinin Azərbaycanda da hibrid mühərrik və elektriklə işləyən avtomobillər üçün güzəştlər bitir. Buna görə də il başa çatmamış bir çoxları avtomobil sifarişlər edirlər, bu da sıxlığa səbəb olur və maşınların ölkəyə gəlişi gecikir.
Yekun olaraq, satıcılar, alıcılar və ekspertlər bahalaşmanın qaçılmaz olduğunu qeyd edirlər.
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:40
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:05
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
22 Oktyabr 12:00
22 Oktyabr 11:54
22 Oktyabr 11:52
22 Oktyabr 11:48
22 Oktyabr 11:39
22 Oktyabr 11:32
Ən son xəbərləri səhifəmizdən də izləyin