BURADA REKLAMINIZ OLA
BİLƏR

Oqtay Gülalıyevdən xəbər var

“Atam Oqtay Gülalıyevin durumunda irəliləyiş müşahidə olunur”.

 

Pravda.az-ın xəbərinə görə, bunu İstanbuldakı Amerika xəstəxanasında  koma vəziyyətində olan hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev bildirib.

 

T.Gülalıyev deyib ki, son 2 gündə O.Gülalıyevin hərarəti olmayıb və nəfəs alması yaxşılaşıb: “Həmçinin böyrəklərində olan keratinin səviyyəsi azalmağa doğru gedir. Tez bir zamanda daha yaxşı xəbərlər vermək diləyi ilə atama dəstək olan hər kəsə ailəmiz adından öz dərin təşəkkürümü bildirirəm!”.

 

Xatırlatma: Oqtay Gülalıyev oktyabrın 29-u saat 17:20 radələrində 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən zaman vurulub. Oktyabrın 30-da "City Hospital"da O.Gülalıyev üzərində cərrahiyyə əməliyyatı keçirilib. Onun müalicəsi Respublika Neyrocərrahiyyə Xəstəxanasında davam etdirilib. Heydər Əliyev Fondu Oktay Gülalıyevin müalicəsini üzərinə götürüb. Ailəsinin müraciəti nəzərə alınaraq, koma vəziyyətində olan Oqtay Gülalıyevin müalicəsinə dəstək baxımından xaricdən mütəxəssislər cəlb olunub. İstanbuldan dəvət olunmuş həkim Oqtay Gülalıyevin vəziyyəti ilə yerində tanış olub. Ailəsi Oqtay Gülalıyevin müalicəsinin Türkiyədə davam etdirilməsinə qərar verdiyindən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, o, Türkiyəyə aparılıb. Hazırda İstanbulda Amerika  xəstəxanasındadır.

Tarix: 13 Dekabr 2019, 15:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin