BURADA REKLAMINIZ OLA
BİLƏR

Gültəkin Hacıbəylidən xəbər var

“Hazırda İstanbulda saxlanılıram”.

 

Pravda.az-ın xəbərinə görə, bunu sabiq deputat Gültəkin Hacıbəyli bildirib.

 

G.Hacıbəyli qeyd edib ki, onu terrorçu kimi deport etmək istəyirlər: “Hazırda mənə Türkiyədən Azərbaycana göndərməkdən ötrü barəmdə ictimai təhlükəsizliyə təhdid yaradan xarici terrorçulara verilən G-82 maddəsi tətbiq edərək burada saxlayırlar və Azərbaycana təhvil verilməm üçün hazırlıq işləri gedir. Məni heç bir əsas olmadan G-82 maddəsi ilə “xarici terrorçu” kimi Türkiyədən deportasiya etmək yolverilməzdir. Siyasi fəaliyyətimdə hər zaman Azərbaycan–Türkiyə dostluğunu və qardaşlığını təbliğ etmək xüsusi yer tutub və ona görə də indi Türkiyə hakimiyyətinin belə bir addım atacağına heç cür inanmaq istəmirəm”.

Tarix: 3 Dekabr 2025, 22:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin