Mədəniyyət Nazirliyinin nəzdindəki Bədii Şuranın "Məhsəti" qısametrajlı bədii filminin Bakı Film Festivalında nümayişinə qadağa qoymasının səbəbi bəlli olub. Pravda.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, filmdə görkəmli şairə Məhsəti Gəncəvi əxlaqsız qadın kimi təqdim edilir.
Rejissor və ssenari müəllifi Suad Qara tərəfindən hazırlanan filmdə ədəbiyyat irsimizə hörmətsizlik nümayiş olunur, Azərbaycanın klassik ədəbi-mədəni tarixində xüsusi mövqeyə malik olan Məhsəti Gəncəvi obrazının bədii təqdimatında ciddi təhriflərə yol verilir, etik-normativ çərçivələrə açıq etinasızlıq nümayiş etdirilir. Eləcə də obrazın mənəvi kimliyi ilə təqdim edilən səhnə və situasiyalar arasında nəzərəçarpacaq dərəcədə kobud uyğunsuzluqlar qeydə alınıb.
Filmin ayrı-ayrı fraqmentlərində mövzunun daxili məzmununa və Məhsəti Gəncəvinin ideya-mənəvi irsinə zidd olan sətiraltı mesajlar, manipulyativ təqdimatlar və kontekstdənkənar mənalandırma cəhdləri müşahidə edilir.
Qeyd edək ki, görkəmli şairəmiz Məhsəti Gəncəvinin zəngin irsi dövlət səviyyəsində qorunur və yüksək ideya-estetik dəyər kimi təbliğ olunur. Belə bir tarixi şəxsiyyətin həyat və irsinin primitivləşdirilməsi, təhrif edilməsi və qeyri-adekvat kontekstdə təqdim edilməsi qətiyyən yolverilməzdir və geniş ictimaiyyət, eləcə də ziyalı təbəqəsi tərəfindən ciddi narazılıqla qarşılanacağı şübhəsizdir.
Məhsəti Gəncəvinin erotik səhnələrlə təqdimatı, normativ-etik xarakterli ciddi pozuntular və konseptual uyğunsuzluqlar nəzərə alınaraq, Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) Bədii Şurası tərəfindən "Məhsəti" filmi üzrə lisenziyanın verilməsi və qeydiyyata alınması məqsədəuyğun hesab edilməyib.
Xatırladaq ki, Suad Qarayeva sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin qızıdır. O, "Instagram" hesabında paylaşım edərək bildirib ki, "Məhsəti" filmi Mədəniyyət Nazirliyinin Film Şurası lisenziya vermədiyi üçün Bakı Film Festivalının proqramından çıxarılıb. Şura filmin "mənəvi dəyərlərə uyğun olmadığını" əsas göstərib. S.Qarayeva özü də paylaşımında qeyd edib ki, "Məhsəti" obrazını canlandıran aktrisa dostları ilə kluba gedir, spirtli içki içir, rəqs edir və bir kişi ilə romantik münasibət yaşayır.
15 Sentyabr 13:28
15 Sentyabr 13:16
15 Sentyabr 13:13
15 Sentyabr 13:01
15 Sentyabr 12:59
15 Sentyabr 12:30
15 Sentyabr 12:29
15 Sentyabr 12:27
15 Sentyabr 12:25
15 Sentyabr 12:24
15 Sentyabr 12:14
15 Sentyabr 11:58
15 Sentyabr 11:46
15 Sentyabr 11:34
15 Sentyabr 11:19
15 Sentyabr 11:06
15 Sentyabr 10:55
15 Sentyabr 10:45
15 Sentyabr 10:39
15 Sentyabr 10:36
15 Sentyabr 10:25
15 Sentyabr 10:19
15 Sentyabr 10:10
15 Sentyabr 10:09
15 Sentyabr 09:53
15 Sentyabr 09:37
15 Sentyabr 09:31
15 Sentyabr 09:16
15 Sentyabr 09:06
15 Sentyabr 09:00
15 Sentyabr 08:57
15 Sentyabr 08:46
15 Sentyabr 08:44
15 Sentyabr 08:41
15 Sentyabr 08:25
15 Sentyabr 08:24
15 Sentyabr 08:19
15 Sentyabr 08:11
15 Sentyabr 08:04
15 Sentyabr 07:48
15 Sentyabr 07:41
15 Sentyabr 07:37
15 Sentyabr 06:59
15 Sentyabr 06:37
15 Sentyabr 06:34
15 Sentyabr 06:29
15 Sentyabr 06:27
15 Sentyabr 01:19
15 Sentyabr 01:16
14 Sentyabr 21:00
14 Sentyabr 20:13
14 Sentyabr 19:47
14 Sentyabr 19:04
14 Sentyabr 19:02
14 Sentyabr 18:52
14 Sentyabr 18:41
14 Sentyabr 18:32
14 Sentyabr 18:29
14 Sentyabr 18:25
14 Sentyabr 18:15
14 Sentyabr 18:14
14 Sentyabr 18:10
14 Sentyabr 18:08
14 Sentyabr 18:00
14 Sentyabr 17:45
14 Sentyabr 17:41
14 Sentyabr 17:35
14 Sentyabr 17:32
14 Sentyabr 17:21
14 Sentyabr 17:18
14 Sentyabr 17:16
14 Sentyabr 17:12
14 Sentyabr 16:57
14 Sentyabr 16:53
14 Sentyabr 16:47
14 Sentyabr 16:43
14 Sentyabr 16:35
14 Sentyabr 16:29
14 Sentyabr 16:26
14 Sentyabr 16:16
14 Sentyabr 16:07
14 Sentyabr 16:05
14 Sentyabr 15:54
14 Sentyabr 15:52
14 Sentyabr 15:42
14 Sentyabr 15:40
14 Sentyabr 15:40
14 Sentyabr 15:37
14 Sentyabr 15:36
14 Sentyabr 15:35
14 Sentyabr 15:32
14 Sentyabr 15:29
14 Sentyabr 15:25
14 Sentyabr 15:24
14 Sentyabr 15:21
14 Sentyabr 15:16
14 Sentyabr 15:15
14 Sentyabr 15:11
14 Sentyabr 15:09
14 Sentyabr 15:05
14 Sentyabr 14:57
14 Sentyabr 14:47
14 Sentyabr 14:43
14 Sentyabr 14:33
14 Sentyabr 14:28
14 Sentyabr 14:24
14 Sentyabr 14:15
14 Sentyabr 14:12
14 Sentyabr 14:03
14 Sentyabr 14:00
14 Sentyabr 13:56
14 Sentyabr 13:41
14 Sentyabr 13:32
14 Sentyabr 13:29
14 Sentyabr 13:13
14 Sentyabr 13:06
14 Sentyabr 13:01
14 Sentyabr 12:50
14 Sentyabr 12:43
14 Sentyabr 12:38
14 Sentyabr 12:35
14 Sentyabr 12:31
14 Sentyabr 12:26
14 Sentyabr 12:24
14 Sentyabr 12:19
14 Sentyabr 12:17
14 Sentyabr 12:13
14 Sentyabr 11:57
14 Sentyabr 11:47
14 Sentyabr 11:46
14 Sentyabr 11:45
14 Sentyabr 11:40
14 Sentyabr 11:39
14 Sentyabr 11:37
14 Sentyabr 11:32
14 Sentyabr 11:25
14 Sentyabr 11:19
14 Sentyabr 11:18
14 Sentyabr 11:15
14 Sentyabr 11:08
14 Sentyabr 11:06
14 Sentyabr 11:05
14 Sentyabr 10:49
14 Sentyabr 10:48
14 Sentyabr 10:46
14 Sentyabr 10:39
14 Sentyabr 10:37
14 Sentyabr 10:34
14 Sentyabr 10:31
14 Sentyabr 10:29
Ən son xəbərləri səhifəmizdən də izləyin