Azərbaycanda evdən və məsafədən (distant) işin rəsmiləşdirilməsi gündəmdədir. Əmək Məcəlləsinə təklif edilən müvafiq dəyişikliklər artıq komitə iclaslarında müzakirə olunur və bu proses əmək münasibətlərində yeni mərhələyə keçidi gündəmə gətirir.
Bu modelin genişlənməsi onun hansı sahələrdə daha effektiv tətbiq oluna biləcəyi, müxtəlif sektorlar üçün hansı tənzimləyici mexanizmlərin formalaşacağı və ümumi iqtisadi sistemə nə kimi təsir göstərəcəyi ilə bağlı müzakirələri də aktuallaşdırır. Dünya praktikası göstərir ki, məsafədən işin institusional şəkildə tətbiqi hüquqi çərçivələrin yenilənməsini, əmək bazarında yeni adaptasiya mexanizmlərinin yaradılmasını və işçi–işəgötürən münasibətlərinin yenidən qurulmasını tələb edir.
Bu mənzərədə suallar yaranır- Azərbaycanda distant işin rəsmiləşməsi praktiki olaraq necə həyata keçiriləcək? Maaşlar hansı meyarlarla hesablanacaq? Hazırda bəzi hallarda onlayn iş rejimində ödənişlərin daha az verildiyi nəzərə alınsa, yeni tənzimləmə tətbiq edildikdən sonra bu vəziyyət necə dəyişəcək?
İqtisadçı alim Vüsalə Əhmədova mövzu ilə bağlı Musavat.com-a fikrini bildirib: "Əslində rəqəmsal sənəd dövriyyəsi artdıqca məsafədən işin daha da funksionallaşması təbii haldır. Fiziki məkandan az asılı olan proqramlaşdırma, dizayn, data analitikası, kibertəhlükəsizlik, audit, maliyyə analizi, onlayn tədris, hüquqi məsləhətlər, biznes konsaltinqi, layihə idarəçiliyi və s. kimi məlumat əsaslı işlər məsafədən rahat idarə oluna bilər. Əlbətdə, bəzi sənaye və xidmət sahələri üçün uyğun olmasa da, bu model əmək bazarının modernləşməsinə və rəqəmsal iqtisadiyyatın genişlənməsinə ciddi təkan verəcək. Ümumiyyətlə, son on ildə, xüsusilə pandemiyadan sonra distant iş bir çox ölkədə standart əmək münasibətləri sisteminə daxil edilib. AB ölkələri, ABŞ, Kanada, Böyük Britaniya və Asiyanın inkişaf etmiş iqtisadiyyatları distant işin hüquqi çərçivəsini müəyyənləşdirərək onu normal əmək münasibətlərinin bir hissəsinə artıq çeviriblər. AB-nin “Telework Framework Agreement” modeli işəgötürən və işçinin öhdəliklərini, məsuliyyət bölgüsünü, məlumat təhlükəsizliyini və evdən işləyənlərin sosial müdafiəsini hüquqi əsaslarla dəqiqləşdirir. ABŞ-da federal səviyyədə xüsusi distant iş qanunu olmasa da, məsafədən iş əsasən şirkətlərin daxili müqavilələri ilə tənzimlənməkdədir. Distant işçi ofisdə çalışanla eyni işçi hesab olunur və iş vaxtı da eyni qaydada tənzimlənir".
İqtisadçı qeyd edib ki, Azərbaycan üçün distant iş modelinin tətbiqi həm əmək bazarı, həm də iqtisadiyyat üçün bir yenilikdir: "Bu modelin Azərbaycanda uğurla tətbiq edilə bilməsi üçün hüquqi baza yaradılmalı, işəgötürənlər yeni idarəetmə alətlərinə keçməli, regionlarda rəqəmsal infrastruktur gücləndirilməli, Əmək Məcəlləsində distant iş ayrıca rejim kimi hüquqi statusa salınmalıdır. Distant iş müqaviləsi, iş vaxtı və hesabat sistemləri, avadanlıq təminatı və xərclərin kompensasiyası, məlumat təhlükəsizliyi tələbləri və s. mexanizmlər işçi və işəgötürən arasında açıq, şəffaf və balanslı əmək münasibətləri yaratmağa kömək edir".
Vüsalə Əhmədova bildirir ki, məsafədən iş modeli əmək bazarının genişlənməsinə, regionlarda yaşayanların Bakıya köçmədən iş tapa bilməsinə, şirkətlərin xərclərinin azalmasına, rəqəmsal iqtisadiyyatın sürətlənməsinə, fiziki məhdudiyyətli şəxslərin əmək bazarına daha asan daxil olmasına töhfə verə bilər: "Distant işlə bağlı ən çox müzakirə olunan mövzulardan biri də əmək haqqının necə tənzimlənəcəyidir. İşçinin ofisdə və ya evdə işləməsi onun funksiyasına, məsuliyyətinə, bilik və bacarıqlarına təsir etmir. Ona görə də, maaşın azalması üçün hüquqi və iqtisadi əsas yoxdur. AB ölkələri, ABŞ və digər inkişaf etmiş ölkələrdə distant işçinin maaşı ofisdə çalışanla eynidir. Əks halda bu, diskriminasiya hesab olunur və hüquqi risk yaradır. Ofis kirayəsi və kommunal xərclər kimi, şirkət xərclərinin azalması, işçinin əmək haqqının endirilməsini əsaslandırmır".
9 Sentyabr 16:31
9 Sentyabr 16:29
9 Sentyabr 16:21
9 Sentyabr 16:15
9 Sentyabr 16:07
9 Sentyabr 15:57
9 Sentyabr 15:45
9 Sentyabr 15:39
9 Sentyabr 15:24
9 Sentyabr 15:15
9 Sentyabr 15:09
9 Sentyabr 14:58
9 Sentyabr 14:53
9 Sentyabr 14:46
9 Sentyabr 14:38
9 Sentyabr 14:35
9 Sentyabr 14:27
9 Sentyabr 14:19
9 Sentyabr 14:14
9 Sentyabr 13:59
9 Sentyabr 13:49
9 Sentyabr 13:43
9 Sentyabr 13:35
9 Sentyabr 13:34
9 Sentyabr 13:19
9 Sentyabr 13:15
9 Sentyabr 13:11
9 Sentyabr 13:09
9 Sentyabr 13:05
9 Sentyabr 13:05
9 Sentyabr 12:56
9 Sentyabr 12:40
9 Sentyabr 12:37
9 Sentyabr 12:24
9 Sentyabr 12:19
9 Sentyabr 12:10
9 Sentyabr 12:07
9 Sentyabr 11:57
9 Sentyabr 11:47
9 Sentyabr 11:35
9 Sentyabr 11:30
9 Sentyabr 11:24
9 Sentyabr 11:21
9 Sentyabr 11:13
9 Sentyabr 10:59
9 Sentyabr 10:57
9 Sentyabr 10:55
9 Sentyabr 10:42
9 Sentyabr 10:38
9 Sentyabr 10:37
9 Sentyabr 10:35
9 Sentyabr 10:28
9 Sentyabr 10:24
9 Sentyabr 10:21
9 Sentyabr 10:17
9 Sentyabr 10:12
9 Sentyabr 10:06
9 Sentyabr 09:57
9 Sentyabr 09:50
9 Sentyabr 09:41
9 Sentyabr 09:15
9 Sentyabr 09:13
9 Sentyabr 09:08
9 Sentyabr 09:00
9 Sentyabr 08:57
9 Sentyabr 08:56
9 Sentyabr 08:55
9 Sentyabr 08:50
9 Sentyabr 08:49
9 Sentyabr 08:49
9 Sentyabr 08:45
9 Sentyabr 08:43
9 Sentyabr 08:37
9 Sentyabr 08:30
9 Sentyabr 08:24
9 Sentyabr 08:18
9 Sentyabr 08:10
9 Sentyabr 08:04
9 Sentyabr 08:04
9 Sentyabr 06:28
9 Sentyabr 03:27
9 Sentyabr 00:12
9 Sentyabr 00:10
9 Sentyabr 00:07
9 Sentyabr 00:06
8 Sentyabr 23:55
8 Sentyabr 21:24
8 Sentyabr 19:53
8 Sentyabr 19:38
8 Sentyabr 19:05
8 Sentyabr 19:02
8 Sentyabr 18:47
8 Sentyabr 18:45
8 Sentyabr 18:40
8 Sentyabr 18:27
8 Sentyabr 18:20
8 Sentyabr 18:08
8 Sentyabr 18:00
8 Sentyabr 17:49
8 Sentyabr 17:41
8 Sentyabr 17:38
8 Sentyabr 17:35
8 Sentyabr 17:34
8 Sentyabr 17:28
8 Sentyabr 17:17
8 Sentyabr 17:12
8 Sentyabr 17:02
8 Sentyabr 16:57
8 Sentyabr 16:52
8 Sentyabr 16:49
8 Sentyabr 16:44
8 Sentyabr 16:34
8 Sentyabr 16:19
8 Sentyabr 16:17
8 Sentyabr 16:15
8 Sentyabr 16:15
8 Sentyabr 16:07
8 Sentyabr 15:58
8 Sentyabr 15:44
8 Sentyabr 15:39
8 Sentyabr 15:29
8 Sentyabr 15:23
8 Sentyabr 15:15
8 Sentyabr 15:07
8 Sentyabr 15:04
8 Sentyabr 14:57
8 Sentyabr 14:44
8 Sentyabr 14:42
8 Sentyabr 14:36
8 Sentyabr 14:30
8 Sentyabr 14:27
8 Sentyabr 14:20
8 Sentyabr 14:09
8 Sentyabr 13:53
8 Sentyabr 13:49
8 Sentyabr 13:42
8 Sentyabr 13:37
8 Sentyabr 13:33
8 Sentyabr 13:32
8 Sentyabr 13:27
8 Sentyabr 13:21
8 Sentyabr 13:10
8 Sentyabr 13:05
8 Sentyabr 12:53
8 Sentyabr 12:43
8 Sentyabr 12:34
8 Sentyabr 12:26
8 Sentyabr 12:23
8 Sentyabr 12:20
8 Sentyabr 12:17
Ən son xəbərləri səhifəmizdən də izləyin