BURADA REKLAMINIZ OLA
BİLƏR

Nazir yeni rəis əvəzi təyin etdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Şirvan Şəhər Dövlət Yanğından Mühafizə Dəstəsinə yeni rəis əvəzi təyin olunub.

 

Qaynarinfo-nun məlumatına görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik-leytenant Sənan Niyazov sözügedən vəzifəyə gətirilib.

 

Qeyd edək ki, bu ilin aprel ayında Şirvan Şəhər Dövlət Yanğından Mühafizə Dəstəsinin rəisi polkovnik-leytenat Vüsal Yolçiyev vəzifəsindən azad olunaraq, Salyan Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi təyin olunmuşdu. Bu təyinatdan sonra Şirvan Şəhər Dövlət Yanğından Mühafizə Dəstəsinin rəisi vəzifəsi boş qalmışdı.

Tarix: 9 Dekabr 2025, 10:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin