Azərbaycandan Ermənistana yanacaq idxalı ilə bağlı müzakirələr olub, əməkdaşlıq üçün imkanlar mövcuddur.
Bunu Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryan “Azadlıq Radiosu”nun erməni xidmətinə deyib.
Baş nazirin müavini Mher Qriqoryan təsdiqləyib ki, Azərbaycandan Ermənistana neft və neft məhsullarının ixracı məsələsi bu yaxınlarda Qəbələdə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə müzakirə olunub.
“Azadlıq Radiosu”nun İrəvan və Bakının Azərbaycandan yanacaq idxalı ilə bağlı artıq razılığa gəlib-gəlmədiyi barədə sualına cavab olaraq Baş nazirin müavini bu gün belə cavab verib: “Bəli, müzakirələr aparılıb, əməkdaşlıq üçün imkanlar var”.
Həmçinin Baş nazirin müavinindən Azərbaycandan hansı həcmdə yanacaq idxalının müzakirə olunduğunu, hansı Ermənistan şirkətlərinin Azərbaycandan neft almaq niyyətində olduğunu, Azərbaycanın Ermənistana neft və neft məhsullarını hansı qiymətə satmağa hazır olduğunu və Rusiyadan idxal edilən yanacaqla rəqabətədavamlı olub-olmadığı soruşulub.
Baş nazirin müavini bu suallara cavab olaraq bildirib ki, “yanacaqla bağlı növbəti proses artıq özəl ixracatçılar və idxalçılar arasında əməkdaşlıq çərçivəsində aparılır və mümkün razılaşmaların şərtləri bazar prinsiplərinə uyğun olacaq”.
Ermənistan və Azərbaycan Azərbaycan yanacağının idxalından başqa, qarşılıqlı ticarətin hansı digər sahələrini müzakirə edirlər sualına Baş nazirin müavini Mher Qriqoryan konkret cavab verməyib. Sadəcə o qeyd edib ki, "digər məhsullarla bağlı müzakirələr hələ də davam edir".
İrəvan və Bakının Azərbaycandan Ermənistana neft və neft məhsullarının ixracı məsələsini müzakirə etməsi faktı Azərbaycan tərəfindən ictimaiyyətinə bildirilib. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bu barədə açıqlama verib. O qeyd edib ki, sərhədlərin delimitasiyası prosesi ilə paralel olaraq, Baş nazirin müavinləri iki ölkə arasında qarşılıqlı ticarətin müəyyən sahələrini də müzakirə ediblər. Hazırda müzakirə olunan sahələrdən biri də Azərbaycandan Ermənistana neft və neft məhsullarının ixracıdır.
APA
19 Yanvar 08:32
19 Yanvar 08:25
19 Yanvar 08:20
19 Yanvar 08:15
19 Yanvar 08:10
19 Yanvar 08:06
19 Yanvar 03:43
19 Yanvar 02:26
19 Yanvar 02:06
19 Yanvar 00:36
19 Yanvar 00:34
18 Yanvar 23:57
18 Yanvar 22:06
18 Yanvar 22:02
18 Yanvar 21:59
18 Yanvar 21:53
18 Yanvar 19:14
18 Yanvar 19:12
18 Yanvar 19:04
18 Yanvar 19:02
18 Yanvar 18:05
18 Yanvar 17:49
18 Yanvar 17:23
18 Yanvar 17:07
18 Yanvar 16:45
18 Yanvar 15:46
18 Yanvar 15:34
18 Yanvar 15:17
18 Yanvar 13:56
18 Yanvar 13:45
18 Yanvar 13:26
18 Yanvar 13:12
18 Yanvar 13:11
18 Yanvar 12:40
18 Yanvar 11:56
18 Yanvar 11:10
18 Yanvar 11:07
18 Yanvar 10:20
18 Yanvar 10:07
18 Yanvar 09:58
18 Yanvar 09:50
18 Yanvar 02:43
18 Yanvar 02:41
18 Yanvar 02:39
18 Yanvar 02:37
17 Yanvar 23:51
17 Yanvar 23:41
17 Yanvar 22:29
17 Yanvar 22:24
17 Yanvar 19:30
17 Yanvar 19:27
17 Yanvar 19:23
17 Yanvar 18:20
17 Yanvar 17:50
17 Yanvar 17:24
17 Yanvar 16:51
17 Yanvar 16:48
17 Yanvar 16:07
17 Yanvar 16:03
17 Yanvar 15:25
17 Yanvar 15:21
17 Yanvar 14:23
17 Yanvar 13:05
17 Yanvar 13:03
17 Yanvar 11:58
17 Yanvar 11:54
17 Yanvar 10:34
17 Yanvar 09:47
17 Yanvar 09:44
17 Yanvar 09:41
17 Yanvar 03:24
17 Yanvar 03:14
17 Yanvar 01:16
17 Yanvar 01:14
17 Yanvar 01:12
17 Yanvar 01:10
17 Yanvar 01:08
17 Yanvar 01:06
17 Yanvar 01:04
17 Yanvar 01:01
16 Yanvar 22:23
16 Yanvar 22:21
16 Yanvar 22:18
16 Yanvar 22:14
16 Yanvar 22:09
16 Yanvar 19:42
16 Yanvar 19:29
16 Yanvar 19:28
16 Yanvar 19:27
16 Yanvar 19:26
16 Yanvar 19:18
16 Yanvar 18:52
16 Yanvar 18:42
16 Yanvar 18:33
16 Yanvar 18:20
16 Yanvar 18:19
16 Yanvar 18:15
16 Yanvar 18:13
16 Yanvar 18:07
16 Yanvar 18:03
16 Yanvar 17:55
16 Yanvar 17:49
16 Yanvar 17:47
16 Yanvar 17:44
16 Yanvar 17:37
16 Yanvar 17:36
16 Yanvar 17:35
16 Yanvar 17:34
16 Yanvar 17:26
16 Yanvar 17:23
16 Yanvar 17:17
16 Yanvar 17:06
16 Yanvar 16:48
16 Yanvar 16:45
16 Yanvar 16:43
16 Yanvar 16:41
16 Yanvar 16:29
16 Yanvar 16:25
16 Yanvar 16:16
16 Yanvar 15:32
16 Yanvar 14:59
16 Yanvar 14:56
16 Yanvar 14:50
16 Yanvar 14:40
16 Yanvar 14:32
16 Yanvar 14:13
16 Yanvar 14:10
16 Yanvar 13:42
16 Yanvar 13:33
16 Yanvar 13:30
16 Yanvar 13:27
16 Yanvar 12:53
16 Yanvar 12:32
16 Yanvar 12:27
16 Yanvar 12:19
16 Yanvar 12:17
16 Yanvar 12:15
16 Yanvar 12:10
16 Yanvar 11:50
16 Yanvar 11:42
16 Yanvar 11:20
16 Yanvar 11:17
16 Yanvar 11:07
16 Yanvar 10:55
16 Yanvar 10:50
16 Yanvar 10:45
16 Yanvar 10:35
16 Yanvar 10:34
16 Yanvar 10:04
16 Yanvar 09:42
Ən son xəbərləri səhifəmizdən də izləyin