BURADA REKLAMINIZ OLA
BİLƏR

Vüqar Əhməd: "Məni kim saxlaya bilər ki?!" - YENİLƏNDİ

Bəzi media qurumlarında tanınmış şair, alim Vüqar Əhmədin saxlanılması ilə bağlı məlumat yayılıb.  V.Əhməd bu barədə "Unikal"a açıqlamasında yayılan xəbəri təkzib edib.

 

"Mənim imicimə toxunmaq üçün yalan məlumat yayıblar. Həkimdə olmuşam, sonra telefonumu düzəltdirmişəm. Belə şey qətiyyən olmayıb, ola da bilməz. Vüqar Əhmədi kim saxlaya bilər ki?!".

 

V.Əhməd xəbərin AMEA-da çalışan iş yoldaşı tərəfindən təsdiq olunması məsələsinə də münasibət bildirib: "Aygün yalan deyib, belə bir şey olmayıb, qurmadır".

 

***

18:55

 

Tanınmış, nəğməkar şair Vüqar Əhməd saxlanılıb. Manset.az-ın əldə etdiyi məlumata görə, o səhər saatlarında işə gedərkən saxlanılıb.

 

Vüqar Əhmədin niyə və hansı qurum tərəfindən saxlanıldığı məlum deyil. Onun şəxsi telefonlarına isə səhər saatlarından zəng çatmır.

 

V.Əhmədin saxlanılması ilə bağlı xəbəri Manset.az-a çalışdığı AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi Aygün Bağırova təsdiq edib.

 

"Vüqar müəllim səhər saatlarında işə gələrkən saxlanılıb. Hansı qurum tərəfindən saxlanıldığı barədə məlumatımız yoxdur. Belə məlumat var ki, bu saatlarda buraxılacaq".

Tarix: 15 Dekabr 2025, 19:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin