BURADA REKLAMINIZ OLA
BİLƏR

"Azərşəkər" MMC-nin sabiq sədrinin işi məhkəmə araşdırmasına verildi

"Azərşəkər" MMC İdarə Heyətinin sabiq sədri Anar Mehdiyev, eləcə də onunla birgə ittiham olunan Ruslan Ələsgərov və Əvəz Süleymanovun məhkəmə hazırlıq iclası keçirilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlərin anket məlumatları dəqiqləşdirilib.

 

A.Mehdiyev, R.Ələsgərov və Ə.Süleymanov barəsində seçilmiş həbs olmayan qətimkan tədbirinin dəyisdirilmədən cinayət isinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib.

 

Proses fevralın 5-də davam edəcək.

 

Qeyd edək ki, onlar Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan cinayət işi üzrə istintaqa cəlb olunublar.

 

Anar Mehdiyev "Azərşəkər" MMC-nin İdarə Heyətinin sədri vəzifəsini 2024-cü ilə qədər icra edib.

 

Onlar Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək), 313-cü (vəzifə saxtakarlığı), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə - ağır nəticələrə səbəb olduqda) maddələri üzrə ittiham olunurlar.

 

Cinayət işi üzrə "Azərşəkər" MMC və "Dastan Agro" MMC zərərçəkmiş kimi tanınıb.

 

Cinayət işi üzrə dəymiş ziyan ödənildiyi üçün onlar barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

 

Oxu.az

Tarix: 21 Yanvar 2026, 17:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin