BURADA REKLAMINIZ OLA
BİLƏR

Salyanda baş verən qəzada ölən və yaralanan var - YENİLƏNDİ

Salyan şəhərinin girişində Kür çayının üzərində keçən köhnə körpüdə yol qəzası baş verib.

 

“Priora” markalı avtomobil “PAZ” markalı avtomobillə toqquşub.

 

Nəticədə "Priora"nın sürücüsü, Neftçala rayonunun Xıllı kənd sakini, 1988-ci il təvəllüdlü İbrahimov Zeyqəm Kamil oğlu hadisə yerində ölüb. Sürücünün avtomobildə sıxılmış meyiti FHN xilasediciləri tərəfindən xüsusi avadanlığın köməyi ilə çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

***

09:31

 

Salyanda baş verən qəzada ölən və yaralanan var.

 

Hadisə Salyan şəhərinin girişində baş verib.

 

Avtomobillərin toqquşması nəticsində bir nəfər ölüb. Yaralılar xəstəxanaya yerləşdirlib.

 

Hadisə yerinə FHN xilasedciləri cəlb olunub.

 

Faktla bağlı araşdırma aparılır.

 

APA

Tarix: 18 Dekabr 2025, 10:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin