BURADA REKLAMINIZ OLA
BİLƏR

Sədərəkdə arvadını bıçaqlayan 68 yaşlı kişi tutulub

Sədərək rayonunda bıçaqlanma hadisəsi baş verib.

 

Pravda.az xəbər verir ki, hadisə dekabrın 17-də qeydə alınıb. Sədərək rayonu Dəmirçi kənd sakini 1963-cü il təvəllüdlü Aləmzər Abbasovanın xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı Dəmirçi kənd sakini 1957-ci il təvəllüdlü Zakir Abbasovun arvadı Aləmzər Abbasovaya xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Sədərək rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.

 

Zakir Abbasov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

 

İbtidai istintaq davam edir.

Tarix: 18 Dekabr 2025, 17:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin