BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan-ABŞ iqtisadi tərəfdaşlığı müzakirə edildi

Azərbaycan-ABŞ iqtisadi tərəfdaşlığının müxtəlif aspektləri müzakirə edilib.

 

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkə hesabında bildirib.

 

“Amerika Birləşmiş Ştatları Dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Keyleb Or ilə videokonfrans formatında keçirdiyimiz görüş zamanı Azərbaycan – ABŞ iqtisadi tərəfdaşlığının müxtəlif aspektlərini, enerji və biznes sahəsində əməkdaşlığın strateji əhəmiyyətə malik olduğunu vurğuladıq.

 

Cənubi Qafqaz və Xəzər regionunda həyata keçirilən enerji layihələri, qaz nəqli və bu sahədə birgə fəaliyyətin şaxələndirilməsi imkanlarını müzakirə etdik” - paylaşımda qeyd edilib.

Tarix: 22 Dekabr 2025, 12:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin