BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əsas problem açıqlandı

Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əsas problem açıqlanıb.

 

Bu barədə bu gün Baş nazir Əli Əsədov Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında bildirib.

 

Əli Əsədov deyib ki, təhsil sahəsində gözəl ənənələrimiz var: “Minlərlə Azərbaycan və Türkiyə vətəndaşı hər iki ölkənin ali təhsil ocaqlarında təhsil alırlar. Bununla belə Azərbaycanın bəzi universitetlərinin məzunları təhsillərini Türkiyədə davam etdirmək istəsələr də bunu edə bilmirlər. Səbəb isə həmin universitetlərin diplomlarının Türkiyənin Ali Təhsil Şurası tərəfindən tanınmamasıdır. Azərbaycan tərəfi bu məsələnin müsbət həllinə ümidvardır. Təhsil sahəsində əməkdaşlığımız barədə əlavə məruzə etmək üçün elm və təhsil nazirinin müavininə söz veriləcək”.

 

APA

Tarix: 22 Dekabr 2025, 16:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin