BURADA REKLAMINIZ OLA
BİLƏR

“Eel Electric”: Vergi borcunun olması ilə bağlı qeyd texniki məsələdir, məbləğ artıq sıfırlanıb - YENİLƏNDİ

Bir neçə həftə öncə, kommersiya qurumlarının dövlət reyestri məlumatlarında “Eel Electric” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) vergi borcunun olması ilə bağlı qeyd texniki məsələdir.

 

Bu barədə Pravda.az-a şirkətdən bildirilib.

 

Qeyd olunub ki, “Eel Electric” şirkəti belə məsələlərə xüsusi həssaslıqla yanaşır, sistemdə borc kimi görünən məbləğ artıq sıfırlanıb.

 

Vurğulanıb ki, MMC işğaldan azad edilən ərazilərdə “Böyük Qayıdış” prosesinə töhfə verir.

 

“Eel Electric” Məhdud Məsuliyyətli Cəmiyyəti Ağdam Sənaye Parkında fəaliyyət göstərir və 35 kV, 10 Kv və 0.4 kV-luq elektrik paylayıcı qurğularının, ölkədə ilk dəfə olaraq elektromobillərin şarj cihazlarının istehsalı ilə məşğuldur.

 

***

2025-12-23 08:45

Ağdam Sənaye Parkında fəaliyyət göstərən və 35 kV, 10 Kv və 0.4 kV-luq elektrik paylayıcı qurğularının istehsalı ilə məşğul olan “Eel Electric” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) vergi borcu yaranıb.

 

Pravda.az-ın xəbərinə görə, şirkətin dövlətə 40 432 AZN borcu var.

 

“Eel Electric”in rəhbəri Vüsal Ərəstun oğlu Mirzəyevdir.

 

Xəyal

Tarix: 13 Yanvar 2026, 08:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin