BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputatın oğlu İngiltərədəki şirkətini ləğv etdi - FOTO

Azərbaycan Milli Məclisinin deputatı Azər Kərimlimin oğlu Fəxri Kərimli iki il əvvəl İngiltərədə təsis etdiyi CARRIMLI LIMITED şirkətini könüllü şəkildə ləğv edib.

Pravda.az-ın xəbərinə görə, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

C.Həsənli bildirib ki, F.Kərimli bununla bağlı o, iyulun 17-də Londonda Şirkətlər Evinə (müəssisələrin qeydiyyat idarəsi) müraciət edib. Şirkətin ləğvi barədə məlumat iyulun 28-də rəsmi qəzetdə dərc olunacaq.

Xatırladaq ki, CARRIMLI LIMITED-in fəaliyyət sahəsi daşınmaz əmlak biznesini əhatə edirdi. Fəxri Kərimli Oksford məzunudur. Ehtimal edilir ki, onun Londondakı biznesinə son qoyması atası Azər Kərimlinin vasitəsilə Azərbaycanda dövlət işinə düzəlməsi ilə əlaqədardır. Azər Kərimlinin digər oğlu İlkin Kərimli də Londonda daşınmaz əmlak biznesi ilə məşğuldur.

Fotoları təqdim edirik
Tarix: 27 İyul 2020, 07:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin