BURADA REKLAMINIZ OLA
BİLƏR

Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb

Dekabrın 25-də doğma yurduna yola salınan köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb.


Pravda.az xəbər verir ki, bu mərhələdə Qırmızı Bazar qəsəbəsinə köçürülən 169 nəfərdən ibarət 37 ailəyə mənzillərin açarları təqdim edilib.


Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.





Fotoları təqdim edirik
Tarix: 25 Dekabr 2025, 15:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin