Ən son xəbərləri səhifəmizdən də izləyin

Loading...

BURADA REKLAMINIZ OLA
BİLƏR

“Mətbuatı it yerinə qoymaq başqa necə olur ki?” – AFFA-ya ETİRAZ

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin iclasından əvvəl teleoperatorlara çəkiliş aparmaq üçün lazımi şərait yaradılmayıb.

 

Pravda.az xəbər verir ki, “Xəzər TV”nin aparıcısı Sənan Abdullayev bununla bağlı sosial şəbəkədə paylaşım edərək, etirazını bildirib.

 

“AFFA-nın İcraiyyə Komitəsinin iclasından əvvəl televiziyalara kadr çəkmək üçün əvvəl 40 saniyə vaxt verilib. Sonra operatorlar xahiş edib ki, heç olmasa 1 dəqiqə yarım eləyin. Qayıdıblar ki, dəqiqə yarım çoxdur. 1 dəqiqə vaxtınız var. Yəni 60 saniyə. Bu sahədən anlayışı olanlar yaxşı bilir ki, kameranı məkana uyğunlaşdırmaq (balans) elə minimum 20-30 saniyə vaxt aparır. Mətbuatı it yerinə qoymaq başqa necə olur ki? Başa düşdük ki, suallara cavab verə bilməyəcəksiz deyə brifinqi və mətbuat konfransını ləğv elədiniz. Operatorlar sizdən nəsə soruşası deyildi axı. Heç olmasa xalqı 5 dəqiqəlik də olsa, o gül camalınızdan uzaq tutmayın” – deyə S.Abdullayev qeyd edib.

 

 

Fotoları təqdim edirik
Tarix: 13 Dekabr 2019, 20:48   
Xəbər lenti
Çox oxunanlar