BURADA REKLAMINIZ OLA
BİLƏR

Emin Əmrullayev təhsil naziri oldu - FOTO

Yeni təhsil naziri təyin olunub.

 

Pravda.az-ın məlumatına görə, Təhsil İnstitutunun direktoru Emin Əmrullayev bu posta təyinat alıb.

 

Bildirək ki, Emin Əmrullayev peşəkar Təhsil işçisi kimi tanınır.

 

Təhsil Nazirliyində Təhsilin keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri vəzifəsində çalışdığı zaman islahatçı və peşəkar kadr olaraq yadda qalıb.

 

Sonradan Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri təyin olunub.

 

2016-cı ilin aprelindən Təhsil Problemləri İnstitutunun (TPİ) direktorunun səlahiyyətləri Emin Əmrullayevə həvalə olunub. Sfera.az

Fotoları təqdim edirik
Tarix: 27 İyul 2020, 12:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin