BURADA REKLAMINIZ OLA
BİLƏR

Yol polisi bayram günlərində səfərə çıxanlara müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bayram günlərində səfərə çıxan vətəndaşlara müraciət edib.

 

Bu barədə BDYPİ-dən məlumat verilib.

 

Bayram günlərində paytaxtdan bölgələrimizə üz tutan, tətil ərəfəsində səfərə çıxan vətəndaşların sayında çoxluq müşahidə olunur. Bu isə yollarda nəqliyyat sıxlığının yaranmasına və qəzaların baş vermə ehtimalının artmasına səbəb olur. Arzuolunmaz hadisələrin qarşısını almaq və risklərdən sığortalanmaq üçün tətil günlərində daha diqqətli və məsuliyyətli olmaq, sadə qaydalara riayət etmək vacibdir.

 

- avtomobilin texniki sazlığını yoxlayın;

- günün erkən saatlarında yola çıxın;

- sərxoş və ya yuxulu halda sükan arxasına əyləşməyin;⁠

- təhlükəsizlik kəmərindən istifadə edin;

- sürət həddini yol və hava şəraitinə uyğun seçin;

- ötmə və manevr qaydalarına uyğun davranın;

- diqqət yayındıran bütün hallardan çəkinin.⁠

Tarix: 30 Dekabr 2025, 09:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin