BURADA REKLAMINIZ OLA
BİLƏR

Salyanda mikroavtobus qəzaya uğrayıb: 9 nəfər xəsarət alıb

Salyanda mikroavtobusun qəzaya uğraması nəticəsində doqquz nəfər xəsarət alıb


Sərnişin mikroavtobusu "VAZ 2106" markalı avtomobillə toqquşub.


Qəza nəticəsində 9 nəfər; mikroavtobusun sürücüsü, 1997-ci il təvəllüdlü Hüseynov Röyal Oqtay oğlu, 1974-cü il təvəllüdlü Abbasova Zeynəb Absalam qızı, 1976-cı il təvəllüdlü Səmədova Ruhiyyə, 1970-ci il təvəllüdlü Ağayeva Sehranə Mahmud qızı, 1989-cu il təvəllüdlü İsmayılova Gülcənnət Bəxtiyar qızı, 1998-ci il təvəllüdlü Babayev Ağababa Seyran oğlu, 2006-cı il təvəllüdlü Səid Qasımov, 1998-ci il təvəllüdlü Əliyev Əmrah Fərhad oğlu və 1997-ci il təvəllüdlü Qafarov Novruz Surxay oğlu xəsarət alaraq Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.


Faktla bağlı araşdırma aparılır./APA

Tarix: 7 Yanvar 2026, 22:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin