BURADA REKLAMINIZ OLA
BİLƏR

Emin Milli: “Emin Əmrullayevin Təhsil naziri vəzifəsinə təyin olunması çox düzgün və uğurlu qərardır”

“Emin Əmrullayevin Təhsil naziri təyin olunması çox düzgün və uğurlu bir qərardır. Onun xaricdə aldığı təhsili də, dövlət strukturlarında aldığı iş təcrübəsi də, insani keyfiyyətləri də, onun bu işə ölkədə ən uyğun olan adamlardan biri edir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ictimai fəal Emin Milli deyib.

 

E.Milli qeyd edib ki, Azərbaycanda pozitiv dəyişikliklər yavaş-yavaş olacaq: “Bunun üstün və mənfi tərəfləri də var. Amma tarixi təcrübə göstərir ki, bizim başqa seçimimiz indi yoxdur. Bizdə dəyişikliklər bioloji yolnan gedir, yavaş-yavaş. Hakimiyyətdə belə kadrların çoxalması çox vacibdir. Bu həm hakimiyyətin, həm də xalqın maraqlarına uyğundur. Belə qərarların sayı çoxalmalıdır. Bu təyinatı təklif edənləri də, dəstəkləyənləri də, təbrik edirəm. Bu hökumətin son aylarda ən yaxşı PR-ı idi, çünki meritokratik, təbii, orqanik bir qərar idi. Mən əminəm ki, xalqımız bu təyinatın gələcək illərdə təhsil sahəsində real bəhrələrini də görəcək”.

Tarix: 28 İyul 2020, 00:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin