BURADA REKLAMINIZ OLA
BİLƏR

Müsavat Partiyasının üzvləri yenidən məhkəmə qarşısında

Müsavat Partiyasının Məclis üzvləri Ələddin Ələsgərli, Qoşqar Nuralı və partiya fəalı Cabir Vəliyev barələrindəki qərardan kassasiya şikayəti verilib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmədə araşdırılacaq.


Qeyd: Partiyanın Biləsuvar rayon təşkilatının üzvləri Ələddin Ələsgərli, Qoşqar Nuralı və Cabir Vəliyev Biləsuvar rayonunda ofisiantı döyməkdə təqsirləndirilirlər.


Belə ki, Müsavat Partiyasının Biləsuvar rayon təşkilatı restoranlardan birində məclis təşkil edib. Məclisdə qonaqlara restoranın Orxan adlı ofisiantı xidmət edib. Məclisin sonunda partiya üzvü Ələddin Ələsgərli ofisiantdan restoran rəhbərliyinə şikayət edib və ofisiantın qonaqlara lazımi səviyyədə xidmət göstərmədiyini deyib. Nəticədə restoran rəhbərliyi Orxanın maaşını kəsib. Buna etiraz edən Orxan Ələddinə etirazını bildirib. Ələddin Ələsgərli, Qoşqar Nuralı və Cabir Vəliyev birləşərək ofisiantı döyüblər və ona xəsarətlər yetiriblər.


Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.


Biləsuvar Rayon Məhkəməsinin hökmü ilə Ələddin Ələsgərli və Cabir Vəliyevin hər biri 2 il 3 ay, Qoşqar Nuralı isə 2 il azadlıqdan məhrum ediliblər və təqsirləndirilən şəxslər məhkəmə zalında həbs olunublar.

Kamal Məmmədov 

Tarix: 13 Yanvar 2026, 08:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin