BURADA REKLAMINIZ OLA
BİLƏR

Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkum qərardan narazıdır

Xaçmaz rayonu Yalama kəndində 2 nəfəri öldürərək evi yandırmaqda təqsirləndirilən Ramin Ağaxanovun barəsindəki qərardan kassasiya şikayəti verilib.
 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmədə araşdırılacaq.


O, cəzasının yüngülləşdirilməsini istəyir.


Qeyd: Hadisə 2023-cü ilin aprelində baş verib. Kənd sakinləri Aslan Tarverdiyev və Rumayə Tarverdiyevanın yaşadıqları evdə baş vermiş yanğından sonra meyitlərinin hadisə yerində aşkar olunması faktı üzrə Xaçmaz Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Cinayət işi üzrə hadisə yerinə və meyitlərə baxış keçirilib, məhkəmə-tibb, məhkəmə-genetik, məhkəmə tikinti-texniki, məhkəmə fiziki-kimyəvi və digər ekspertizalar təyin edilib. Bundan əlavə tədqiqat üçün 600 nəfərə yaxın şəxsdən zəruri nümunələr götürülüb. İstintaqla Ramin Ağaxanovun zərərçəkmiş şəxslərə olan xeyli miqdarda pul borcunu ödəməkdən yayınmaq üçün onların yaşadığı evə gələrək qəsdən öldürməkdə, cinayət əməlini gizlətmək və cinayətin izlərini məhv etmək məqsədilə evi qəsdən yandırmaqda və hadisə yerini tərk etməkdə ittiham edilib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramin Ağaxanov ömürlük azadlıqdan məhrum edilib. O, cəzasını həbsxanada çəkəcək. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən, şikayət təmin edilməyib.


Kamal Məmmədov 

Tarix: 13 Yanvar 2026, 08:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin