BURADA REKLAMINIZ OLA
BİLƏR

Maya Sandu: Referendum olsaydı, Moldovanın Rumıniya ilə birləşməsini dəstəkləyərdim

Moldova Prezidenti Maya Sandu bildirib ki, ölkədə bu məsələ üzrə referendum keçirilsəydi, Moldovanın Rumıniya ilə birləşməsinin lehinə səs verərdi.

 

Sandu bunu britaniyalı jurnalistlər Rori Stüart və Alaster Kempbellə müsahibəsində deyib.

 

Onun sözlərinə görə, hazırda Moldovada Rumıniya ilə birləşməni dəstəkləyən çoxluq yoxdur.

 

Eyni zamanda Sandu qeyd edib ki, vətəndaşların əksəriyyəti Avropa İttifaqına üzvlüyü dəstəkləyir və bu səbəbdən o, "Avropa yolu"nu daha real hesab edir.

 

APA

Tarix: 12 Yanvar 2026, 22:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin