BURADA REKLAMINIZ OLA
BİLƏR

Dəyişkən hava şəraitində necə geyinməli?

Dəyişkən hava şəraiti gündəlik geyim seçimlərini çətinləşdirir. Səhər sərin, günorta isə daha isti keçən günlərdə düzgün geyim tərzi həm rahatlıq, həm də sağlamlıq baxımından önəmlidir.


Pravda.az bildirir ki, belə havalarda qat-qat geyinməyi tövsiyə edirlər.


İncə triko və ya basic köynəklərin üzərinə blazer, yüngül gödəkçə və ya trençkot geyinmək ən uyğun seçim hesab olunur.


Gün ərzində temperatur artdıqda üst qatı çıxarmaq mümkün olur. Palazzo şalvarlar, midi ətəklər və oversize köynəklər dəyişkən hava üçün həm rahat, həm də zövqlü alternativdir.


Ayaqqabı seçimində isə bot və ya qapalı idman ayaqqabılarına üstünlük verilməsi məsləhət görülür. Şal, fular və yüngül şərflər də ani hava dəyişikliklərinə qarşı qoruyucu rol oynayır.


Qısası, dəyişkən hava şəraitində düzgün geyim seçimi və qatlı geyim tərzi gün boyu komfortlu qalmağa kömək edir.


Əminə Bayramova 

Tarix: 13 Yanvar 2026, 10:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin