Ərinin qətlini sifariş verməkdə təqsirləndirilən Əzizə Seyidova və qətlin icrasında iştirak etməkdə təqsirləndirilən Mehdi Məmmədov, Elvin Əliyev və Bəxtiyar Fərzəliyevin cinayət işi üzrə məhkəmə prosesində vəkillər maraqlı faktlar açıqlayıblar.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilənlərin müdafiəçiləri çıxış ediblər. Vəkillər bildiriblər ki, Əzizə Seyidovanın ona elan olunan maddələr üzrə təqsiri sübuta yetirilməyib və ibtidai istintaq zamanı ciddi nöqsanlara yol verilib.
Müdafiə tərəfinin əsas vurğuladığı məqamlardan biri Əzizə Seyidovanın sifarişçi kimi ittiham olunmasına baxmayaraq, onun ərinin qətlini hansı məbləğ qarşılığında sifariş verdiyinin istintaq tərəfindən müəyyən edilməməsi olub.
Vəkillər qeyd ediblər ki, Əzizə Seyidova qətldə birbaşa iştirak etmədiyi halda, ona "xüsusi amansızlıqla adam öldürmə" maddəsi ilə ittiham verilməsi istintaqın yol verdiyi ciddi səhvlərdən biridir.
Zərərçəkmiş şəxsin hüquqi varisi isə müdafiəçilərin səsləndirdiyi arqumentlərə etiraz edərək məhkəmədən işə obyektiv qiymət verilməsini xahiş edib.
Daha sonra təqsirləndirilənlərə son söz verilib.
Müşavirədən sonra hökm elan olunub. Hökmə əsasən, Əzizə Seyidova 17 il, Mehdi Məmmədov 18 il 6 ay, Bəxtiyar Fərzəliyev və Elvin Əliyevin hər biri isə ayrı-ayrılıqda 17 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Xatırladaq ki, prokuror məhkəməyə çıxışında Əzizə Seyidovanın 18 il, digər təqsirləndirilənlərin isə hər birinin 19 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.
Qeyd edək ki, hadisə 2023-cü il martın 15-də Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. Əzizə Seyidovaya Cinayət Məcəlləsinin 32.3, 32.4, 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürməyə təhrik etmə və cinayətin təşkili), Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elvin Əliyevə isə həmin məcəllənin 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb.
İttihama görə, 23 yaşlı Əzizə Seyidova həyat yoldaşı Əli Seyidlini cəzalandırmaq niyyətində olub və onun qətlini tanışı Mehdi Məmmədliyə sifariş verib. Onlar birlikdə plan quraraq Ə.Seyidlinin evə gəlib-getmə vaxtlarını müəyyənləşdiriblər.
2023-cü il martın 15-də Əzizə Seyidova Mehdi Məmmədli ilə əlaqə saxlayaraq ərinin məhz həmin gün öldürülməsini tapşırıb. Bundan sonra Mehdi Məmmədli dostları ilə birlikdə gecə saatlarında Ə.Seyidlinin yaşadığı ünvanın yaxınlığına gəlib və onu gözləyiblər. Ə.Seyidli evinə daxil olmaq istəyərkən təqsirləndirilən şəxslər onun qarşısını kəsərək 23 bıçaq zərbəsi endirməklə qətlə yetiriblər.
Əvvəlki məhkəmə iclaslarında Əzizə Seyidova elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini bildirib. Digər təqsirləndirilənlər - Mehdi Məmmədli, Elvin Əliyev və Bəxtiyar Fərzəliyev isə özlərini qismən təqsirli hesab ediblər.
Bundan əlavə, məhkəmə istintaqı dövründə təqsirləndirilən şəxslər ibtidai istintaqa verdikləri ifadələri dəyişərək qətlin Əzizə Seyidovanın sifarişi ilə deyil, Əli Seyidli ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində törədildiyini iddia ediblər.
Oxu.az
5 Sentyabr 20:55
5 Sentyabr 20:53
5 Sentyabr 20:36
5 Sentyabr 20:32
5 Sentyabr 20:20
5 Sentyabr 19:39
5 Sentyabr 19:33
5 Sentyabr 19:27
5 Sentyabr 19:19
5 Sentyabr 19:01
5 Sentyabr 19:00
5 Sentyabr 18:58
5 Sentyabr 18:56
5 Sentyabr 18:54
5 Sentyabr 17:18
5 Sentyabr 16:04
5 Sentyabr 16:03
5 Sentyabr 15:32
5 Sentyabr 15:31
5 Sentyabr 15:29
5 Sentyabr 15:06
5 Sentyabr 14:17
5 Sentyabr 14:15
5 Sentyabr 13:52
5 Sentyabr 12:42
5 Sentyabr 12:36
5 Sentyabr 11:35
5 Sentyabr 10:38
5 Sentyabr 10:32
5 Sentyabr 09:58
5 Sentyabr 09:57
5 Sentyabr 09:18
5 Sentyabr 09:12
5 Sentyabr 09:09
5 Sentyabr 09:03
5 Sentyabr 01:30
5 Sentyabr 01:28
4 Sentyabr 22:19
4 Sentyabr 20:35
4 Sentyabr 20:30
4 Sentyabr 20:28
4 Sentyabr 20:27
4 Sentyabr 19:35
4 Sentyabr 18:59
4 Sentyabr 18:56
4 Sentyabr 18:55
4 Sentyabr 18:48
4 Sentyabr 18:42
4 Sentyabr 18:34
4 Sentyabr 18:25
4 Sentyabr 18:15
4 Sentyabr 18:07
4 Sentyabr 17:51
4 Sentyabr 17:45
4 Sentyabr 17:33
4 Sentyabr 17:22
4 Sentyabr 17:19
4 Sentyabr 17:14
4 Sentyabr 16:59
4 Sentyabr 16:44
4 Sentyabr 16:39
4 Sentyabr 16:38
4 Sentyabr 16:31
4 Sentyabr 16:27
4 Sentyabr 16:22
4 Sentyabr 16:18
4 Sentyabr 16:17
4 Sentyabr 16:10
4 Sentyabr 16:03
4 Sentyabr 15:59
4 Sentyabr 15:52
4 Sentyabr 15:45
4 Sentyabr 15:39
4 Sentyabr 15:33
4 Sentyabr 15:28
4 Sentyabr 15:19
4 Sentyabr 15:18
4 Sentyabr 15:16
4 Sentyabr 15:14
4 Sentyabr 14:57
4 Sentyabr 14:49
4 Sentyabr 14:42
4 Sentyabr 14:37
4 Sentyabr 14:31
4 Sentyabr 14:25
4 Sentyabr 14:20
4 Sentyabr 14:14
4 Sentyabr 14:10
4 Sentyabr 14:09
4 Sentyabr 14:02
4 Sentyabr 13:53
4 Sentyabr 13:44
4 Sentyabr 13:32
4 Sentyabr 13:18
4 Sentyabr 13:17
4 Sentyabr 13:08
4 Sentyabr 12:56
4 Sentyabr 12:50
4 Sentyabr 12:48
4 Sentyabr 12:40
4 Sentyabr 12:30
4 Sentyabr 12:24
4 Sentyabr 12:21
4 Sentyabr 12:19
4 Sentyabr 12:14
4 Sentyabr 12:09
4 Sentyabr 11:59
4 Sentyabr 11:50
4 Sentyabr 11:32
4 Sentyabr 11:26
4 Sentyabr 11:14
4 Sentyabr 11:05
4 Sentyabr 11:02
4 Sentyabr 10:40
4 Sentyabr 10:38
4 Sentyabr 10:35
4 Sentyabr 10:27
4 Sentyabr 10:21
4 Sentyabr 10:13
4 Sentyabr 10:08
4 Sentyabr 09:48
4 Sentyabr 09:47
4 Sentyabr 09:41
4 Sentyabr 09:37
4 Sentyabr 09:29
4 Sentyabr 09:17
4 Sentyabr 09:14
4 Sentyabr 08:36
4 Sentyabr 08:30
4 Sentyabr 08:26
4 Sentyabr 08:20
4 Sentyabr 08:13
4 Sentyabr 08:08
4 Sentyabr 08:04
4 Sentyabr 08:03
4 Sentyabr 08:01
4 Sentyabr 06:42
4 Sentyabr 06:40
4 Sentyabr 02:08
4 Sentyabr 02:05
4 Sentyabr 01:56
4 Sentyabr 01:46
4 Sentyabr 01:43
4 Sentyabr 01:18
3 Sentyabr 20:18
3 Sentyabr 19:10
3 Sentyabr 19:04
3 Sentyabr 18:59
3 Sentyabr 18:55
3 Sentyabr 18:49
Ən son xəbərləri səhifəmizdən də izləyin