BURADA REKLAMINIZ OLA
BİLƏR

Gömrük Komitəsinin rüşvət alan eks-şöbə rəisindən xəbər var

Rüşvət müqabilində qanunsuz olaraq avtomobil idxalını həyata keçirməkdə təqsirləndirilən Dövlət Gömrük Komitəsinin Tranzit Şöbəsinin rəisi olmuş Anar Aslanovun barəsindəki qərardan kassasiya şikayəti verilib.
 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hazırda şikayət hakim İlqar Cəfərovun sədrliyi ilə araşdırılır.


Xatırlatma: Anar Aslanovun qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə məlumat daxil olub. Məlum olub ki, Anar Aslanov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ayrı-ayrı şəxslərdən aldığı külli miqdarda rüşvət müqabilində Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” 29.03.2023-cü il tarixli qərarının tələblərini pozmaqla 2023-cü ilin iyun-avqust aylarında Gürcüstandan Azərbaycana idxal olunmuş istehsal tarixi 10 ildən artıq olan ümumilikdə 800-dən artıq avtomobilin qanunsuz şəkildə rəsmiləşdirməsinə şərait yaradıb. 2023-cü ildə keçirilən əməliyyat zamanı Anar Aslanov saxlanılıb.


Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 308.2. (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham edilib.


Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Anar Aslanov 8 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Sumqayıt Apellyasiya Məhkəməsində qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib.


Kamal Məmmədov 

Tarix: 15 Yanvar 2026, 08:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin