BURADA REKLAMINIZ OLA
BİLƏR

Virus da, sərt karantin də geri qayıdır: İkinci dalğa

Avropa ölkələrinin rəhbrliyi koronavirusun mümkün ikinci dalğasına hazırlaşır.

 

Pravda.az xəbər verir ki, məlumata görə, Kataloniyada son 2 sutkada 8 min yoluxma qeydə alınıb. Bunun fonunda rəsmi qurumlar sərt karantin tədbirlərini yenidən müzakirə edir.

 

Almaniyada də vəziyyət narahatlıq yaradır. Son həftələrdə yoluxma sayında artım var. Səhiyyə Nazirliyi COVID-19-a görə testi hamı üçün pulsuz və məcburi etmək niyyətindədir.

 

Fransa Səhiyyə Nazirliyi isə vətəndaşlara müraciət edərək daha ehtiyatlı olmağa çağırıb. Xüsusilə gənclər arasında yoluxmanın artması narahatlıq yaradır.

 

Yunanıstanda bütün qapalı məkanlarda maska taxmaq məcburi olub. Burada sosial məsafənin qorunması baxımından problemlər var.

 

Belçika hakimiyyəti sərt karantinə qayıdığı müzakirə edərək razılaşdırıb.

 

Xatırladaq ki, ÜST rəhbərliyi son yarım ayda dünyada yoluxma hallarının artdığını bildirərək pandemiyanın daha da sürətləndiyini vurğulayıb.Cebhe.info

Tarix: 28 İyul 2020, 17:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin