BURADA REKLAMINIZ OLA
BİLƏR

"ChatGPT"nin pulsuz versiyasında reklamlar olacaq

"OpenAI" şirkəti "ChatGPT"də reklamları sınaqdan keçirməyə başlayıb.


Oxu.Az xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında məlumat verilib.


Məlumata görə, ilk addım kimi ABŞ-də çatbotun pulsuz versiyasının istifadəçilərindən ibarət test qrupları yaradılıb.


"Plus", "Pro", "Business", "Enterprise" və "Edu" ödənişli abunəlikləri üçün reklamlar planlaşdırılmır.


Şirkətdən bildirilib ki, reklam bölmələri aydın şəkildə nişanlanacaq və neyron şəbəkəsinin cavablarından ayrı yerləşdiriləcək. Reklamlar çatbotun cavablarına təsir göstərməyəcək.

Tarix: 18 Yanvar 2026, 10:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin