BURADA REKLAMINIZ OLA
BİLƏR

“Kontakt Home” iddialara münasibət bildirdi

“Kontakt Home” mağazalar şəbəkəsi iddialara münasibət bildirib.

 

Pravda.az-a daxil olan məlumatda deyilir:

 

“Həqiqətən də müştərimiz Məmmədov Anar Şahin oğlu 12.06.2020 tarixində Bakıxanov mağazasından 2 ədəd kondisioner əldə edib. Lakin evində gedən təmir işləri ilə əlaqədar çatdırılma xidmətindən imtina edib, əlavə olaraq borulama işlərinin həyata keçirilməsi üçün ünvana usta yollanılmasını istəyib. Qeyd edək ki, əlavə boru xətlərinin çəkilməsi və bu kimi əlavə xidmətlər standart quraşdırılma xidmətinə daxil deyil. Lakin müştəri məmnuniyyəti üçün, müştərinin istəyi ilə partnyor servis mərkəzinin xidmətlərini onlara təklif edirik. 14.06.2020 tarixində partnyor servis mərkəzinin əməkdaşları müştərinin ünvanına yaxınlaşaraq yerində baxış keçirmiş, əlavə xidmətlər üzrə dəyərləndirmə aparmış və öncədən razılaşdırılmış şərtlər əsasında zəruri təmir işlərini həyata keçirmişlər. 22.06.2020 tarixində əməkdaşlarımız xatırlatma məqsədilə təkrar müştəri ilə əlaqə saxlayıb və çatdırılma ilə bağlı tarixləri dəqiqləşdirmək istəyiblər. Bu dəfə də çatdırılmadan imtina edilib və çatdırılma üçün müştəri ona uyğun vaxtda şirkətimizə məlumat bildirəcəyini qeyd edib. Bundan sonra 20.07.2020 tarixində mağazamıza məhsulun quraşdırılması ilə bağlı yaxınlaşıb. Çatdırılma barədə məlumat verilmədiyindən, əməkdaş sistemdə yalnız quraşdırılma üzrə qeyd aparıb. 21.07.2020 tarixində Servis mərkəzinin əməkdaşı quraşdırılma üçün ünvana yaxınlaşmaq istəyib, lakin məhsulun ünvanda olmadığı bildirilib. Bu barədə servis tərəfindən şirkətə məlumat daxil olduqdan sonra çatdırılma və quraşdırılma üçün təkrar müraciət qeydə alınıb və 28.07.2020 tarixində müştərinin ünvanına həm çatdırılma, həm də quraşdırılma həyata keçirilib. Bundn başqa, bizdən asılı olmayan səbəblərdən olmasına baxmayaraq, baş vermiş gecikməyə görə müştəriyə sifarişinin 5%-i həcmində əlavə endirim də olunub.

 

Son olaraq bir neçə məqama da aydınlıq gətirmək istərdik. Hissə-hissə ödəmə şərtlərilə məhsul əldə edən zaman ödəmə şərtləri standart nağd qiymətlərdən fərqlənə bilər. Bu barədə satış həyata keçirilməzdən öncə müştəriyə məlumat verilir və bütün şərtlər alqı -satqı müqaviləsində də öz əksini tapır.

 

Bir də xatırlatmaq istərdik ki, deputat Elnur Allahverdiyev hazırda Kontakt Home-da hər hansı vəzifə daşımır”.

Tarix: 28 İyul 2020, 20:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin