BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Deyirlər ki, guya Sülh Şurasına üzv olanda 1 milyard dollar vəsait ödənilməlidir, belə deyil”

“Bəzi kütləvi informasiya vasitələri Sülh Şurasının BMT-nin alternativi ola biləcəyini indidən söyləyirlər. ABŞ beynəlxalq sülhə və təhlükəsizliyə töhfə verə biləcək potensiala malik dövlətlərə üzv olmaq üçün müraciət qəbul edir. Azərbaycan da təsisçi dövlət olmaq barədə dəvət alıb. Rəsmi Bakı öz müsbət mövqeyini artıq ifadə edib. Xarici İşlər Nazirliyi də məsələyə aydınlıq gətirib. Bəzi çevrələrin bu məsələdə Azərbaycanı ittiham etmələri üçün heç bir əsas yoxdur. Deyirlər ki, guya Sülh Şurasına üzv olanda 1 milyard dollar vəsait ödəməliyik. Belə deyil”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

 

E.Nəsirov bildirib ki, Sülh Şurasında iştirakçı dövlət olmaq üç il müddəti özündə ehtiva edir: “Yəni üç il ərzində üzv olmaq olar. "Bloomberg” mətbu orqanı yalnız daimi üzvlük məsələsində 1 milyard dollar vəsait ödənilməsi haqqında məlumat yayıb, amma hələ ki kütləvi informasiya vasitələrində Ağ Evin bu barədə rəsmi məlumatı yer almayıb. Üç il müddətində üzv olan dövlətlərlə bağlı hansısa ödənişdən söhbət getmir. Hər halda yaddan çıxarmaq lazım deyildi ki, Sülh Şurası ilə bağlı təkliflər ABŞ-nin etimad göstərdiyi, potensialını yüksək qiymətləndirdiyi dövlətlərə gəlir. Nəzərə alsaq ki, Donald Tramp Azərbaycanın dövlət başçısı haqqında demişdi ki, cənab Prezident İlham Əliyev dünyanın ən nüfuzlu, siyasi liderlərindən biridir. Hesab edirəm, məhz bu reallıq fonunda Azərbaycana ABŞ-dən təklif gəlib”.

 

Aytəkin Qardaşova

Tarix: 21 Yanvar 2026, 14:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin