Gəncə Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Uğur Pənahovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayətinin bəzi detalları məlum olub.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Müşfiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.
İttihama görə, hadisə 16 noyabr 2023-cü il tarixdə, saat təxminən 10:00 radələrində Gədəbəy şəhəri, 20 Yanvar küçəsində yerləşən “Avtovağzal Kompleksi”nin ərazisində fəaliyyət göstərən avtoyuma məntəqəsində insident baş verib.
İş materiallarına əsasən, həmin vaxt avtoyuma məntəqəsində çalışan təqsirləndirilən Uğur Pənahov avtomobilini yuduzdurmaq üçün ora gəlmiş tanışı, zərərçəkmiş İbrahim İbrahimovla (adı, soyadı şərtidir) ilə mübahisə edib. Mübahisəyə səbəb zərərçəkmiş şəxsin avtomobilin yuyulması zamanı təqsirləndirilən şəxsə ünvanladığı “sən arvadının canı təmiz yu” ifadəsi olub. Bu ifadənin təhqiramiz xarakter daşıması səbəbindən tərəflər arasında şəxsi münasibətlərin pozulması zəminində mübahisə və daha sonra münaqişə yaranıb. Hadisə zamanı Uğur yerdən götürdüyü dəmir parçası ilə İbrahimə qəsdən zərbələr endirib. Nəticədə zərərçəkmiş şəxsə müxtəlif dərəcəli ağır xəsarətlər yetirilib. Bu faktlar əsasında birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin əməli sağlamlığa ağır zərər vurma kimi tövsif olunub.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Uğur Pənahov törətdiyi əmələ görə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Birinci instansiya məhkəməsinin hökmündən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilib. Şikayətdə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğv edilməsi, əməlin düzgün tövsif olunması və Uğura daha ədalətli cəzanın təyin edilməsi xahiş edilib.
Müdafiə tərəfi apellyasiya şikayətini onunla əsaslandırıb ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin xəsarətlərinin qiymətləndirilməsi ilə bağlı verilmiş məhkəmə-tibbi ekspertiza rəyləri mübahisələndirilib və bu barədə vəsatətlər təqdim olunub. Bildirilib ki, ekspertiza rəyinin yekun hissəsində Nazirlər Kabinetinin 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Ağır, az ağır və yüngül xəsarət növlərinin Siyahısı”na istinad edilsə də, rəyin mətnində həmin siyahının konkret müddəalarına toxunulmayıb. Müdafiə tərəfi hesab edir ki, bu siyahı xəsarətlərin hüquqi qiymətləndirilməsi üçün əsas normativ sənəd olduğundan, onun nəzərə alınmaması ekspert rəyinin düzgünlüyünü şübhə altına alır.
Müdafiə tərəfinin fikrincə, hadisə zamanı İbrahimə yetirilmiş xəsarətlər mübahisəsiz olaraq sağlamlığa az ağır zərərvurmaya aid olduğu halda, onların ağır xəsarət kimi qiymətləndirilməsi nəticəsində təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin daha ağır maddəsi ilə tövsif edilib. Həmçinin qeyd olunub ki, cəza təyin edilərkən Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbləri tətbiq edilməyib.
Apellyasiya məhkəməsinin iclasında çıxış edən müdafiəçi şikayətin dəlillərini müdafiə edərək deyib ki, zərərçəkmiş şəxsə xəsarət yetirilməsi faktı inkar edilmir, lakin bu xəsarətlərin dərəcəsi ağır deyil və az ağır zərərvurmaya aid edilməlidir. Müdafiəçi əməlin bu formada tövsif olunmasını xahiş edib. Alternativ olaraq, əgər tövsif dəyişdirilməzsə, zərərçəkmiş şəxslə barışığın əldə olunduğunu nəzərə alaraq Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsi və təqsirləndirilən şəxsə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin olunması istənilib.
Apellyasiya məhkəməsinin iclasında iştirak edən Uğur müdafiəçisinin mövqeyi ilə razı olduğunu bildirib və əlavə edərək qeyd edib ki, İbrahim onu yuxarıda qeyd edilən ifadə ilə təhqir etdiyinə görə əsəbiləşərək həmin hərəkəti törədib.
Dövlət ittihamçısı isə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək söyləyib ki, şikayətdə göstərilən bütün hallar birinci instansiya məhkəməsində hərtərəfli araşdırılıb, hüquqi qiymət verilib və təqsirləndirilən şəxsin əməli düzgün tövsif olunmaqla ona ədalətli cəza təyin edilib. Dövlət ittihamçısı hökmün dəyişdirilmədən saxlanılmasını xahiş edib.
Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib, 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasının həddi azaldılaraq 3 ilə endirilib.
Kamal Məmmədov
12 Sentyabr 12:37
12 Sentyabr 12:25
12 Sentyabr 12:23
12 Sentyabr 12:14
12 Sentyabr 12:02
12 Sentyabr 12:00
12 Sentyabr 11:58
12 Sentyabr 11:47
12 Sentyabr 11:43
12 Sentyabr 11:37
12 Sentyabr 11:27
12 Sentyabr 11:25
12 Sentyabr 11:17
12 Sentyabr 11:10
12 Sentyabr 11:03
12 Sentyabr 11:00
12 Sentyabr 10:52
12 Sentyabr 10:50
12 Sentyabr 10:45
12 Sentyabr 10:35
12 Sentyabr 10:16
12 Sentyabr 10:10
12 Sentyabr 10:03
12 Sentyabr 10:01
12 Sentyabr 09:32
12 Sentyabr 07:43
12 Sentyabr 00:38
12 Sentyabr 00:27
11 Sentyabr 23:59
11 Sentyabr 23:20
11 Sentyabr 21:26
11 Sentyabr 21:21
11 Sentyabr 20:27
11 Sentyabr 19:01
11 Sentyabr 18:55
11 Sentyabr 18:49
11 Sentyabr 18:45
11 Sentyabr 18:39
11 Sentyabr 18:27
11 Sentyabr 18:19
11 Sentyabr 18:15
11 Sentyabr 18:07
11 Sentyabr 17:55
11 Sentyabr 17:47
11 Sentyabr 17:44
11 Sentyabr 17:41
11 Sentyabr 17:35
11 Sentyabr 17:28
11 Sentyabr 17:27
11 Sentyabr 17:24
11 Sentyabr 17:18
11 Sentyabr 17:13
11 Sentyabr 17:03
11 Sentyabr 16:44
11 Sentyabr 16:43
11 Sentyabr 16:38
11 Sentyabr 16:30
11 Sentyabr 16:23
11 Sentyabr 16:22
11 Sentyabr 16:09
11 Sentyabr 16:06
11 Sentyabr 15:59
11 Sentyabr 15:54
11 Sentyabr 15:47
11 Sentyabr 15:41
11 Sentyabr 15:40
11 Sentyabr 15:35
11 Sentyabr 15:34
11 Sentyabr 15:29
11 Sentyabr 15:21
11 Sentyabr 15:19
11 Sentyabr 15:17
11 Sentyabr 15:14
11 Sentyabr 15:12
11 Sentyabr 15:09
11 Sentyabr 15:04
11 Sentyabr 14:59
11 Sentyabr 14:58
11 Sentyabr 14:51
11 Sentyabr 14:47
11 Sentyabr 14:39
11 Sentyabr 14:37
11 Sentyabr 14:27
11 Sentyabr 14:19
11 Sentyabr 14:09
11 Sentyabr 13:58
11 Sentyabr 13:48
11 Sentyabr 13:38
11 Sentyabr 13:33
11 Sentyabr 13:29
11 Sentyabr 13:19
11 Sentyabr 13:16
11 Sentyabr 13:11
11 Sentyabr 13:05
11 Sentyabr 12:58
11 Sentyabr 12:57
11 Sentyabr 12:55
11 Sentyabr 12:49
11 Sentyabr 12:42
11 Sentyabr 12:42
11 Sentyabr 12:37
11 Sentyabr 12:33
11 Sentyabr 12:28
11 Sentyabr 12:25
11 Sentyabr 12:21
11 Sentyabr 12:15
11 Sentyabr 12:05
11 Sentyabr 12:03
11 Sentyabr 12:01
11 Sentyabr 11:58
11 Sentyabr 11:51
11 Sentyabr 11:49
11 Sentyabr 11:45
11 Sentyabr 11:39
11 Sentyabr 11:34
11 Sentyabr 11:29
11 Sentyabr 11:25
11 Sentyabr 11:20
11 Sentyabr 11:15
11 Sentyabr 11:10
11 Sentyabr 11:01
11 Sentyabr 10:59
11 Sentyabr 10:54
11 Sentyabr 10:50
11 Sentyabr 10:46
11 Sentyabr 10:44
11 Sentyabr 10:32
11 Sentyabr 10:29
11 Sentyabr 10:26
11 Sentyabr 10:23
11 Sentyabr 10:14
11 Sentyabr 10:14
11 Sentyabr 09:40
11 Sentyabr 09:37
11 Sentyabr 09:03
11 Sentyabr 08:58
11 Sentyabr 08:54
11 Sentyabr 08:46
11 Sentyabr 08:35
11 Sentyabr 08:34
11 Sentyabr 08:34
11 Sentyabr 08:28
11 Sentyabr 08:22
11 Sentyabr 08:18
11 Sentyabr 08:09
11 Sentyabr 08:01
11 Sentyabr 07:04
11 Sentyabr 06:42
11 Sentyabr 06:21
11 Sentyabr 00:16
Ən son xəbərləri səhifəmizdən də izləyin