BURADA REKLAMINIZ OLA
BİLƏR

Arif Babayevin qardaşı oğlu vəzifəsindən azad edildi

Azərbaycanın Gənclər və İdman nazirinin müşaviri Hikmət Babayev işdən çıxarılıb. Demokrat.az-ın əldə etdiyi məlumata görə, nazir Fərid Qayıbovun müvafiq əmri ilə Hikmət Babayev müşavir vəzifəsindən azad olunub.

 

Nazirin digər əmri ilə Hikmət Babayev idman komplekslərindən birinə direktor müavini təyin edilib.

 

Qeyd edək ki, Hikmət Babayev 2023-cü ildən sözügedən vəzifədə çalışırdı.

 

Onu da bildirək ki, Hikmət Babayev mərhum Xalq artisti Arif Babayevin qardaşı oğludur.

Tarix: 23 Yanvar 2026, 14:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin