Paytaxtın bəzi ərazilərində tikililər qeyri-qanuni olaraq mühafizə zolağında, magistral içməli və tullantı su xətlərinin üzərində tikilib. Həmin xətlər istismar müddətinin bitməsi səbəbindən, ya da üzərində qanunsuz inşa edilən tikililərin ağırlığından sıradan çıxır.
Bu barədə Pravda.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.
Qeyd edilib ki, Biləcəri qəsəbəsi, Tomris və Zeytun küçələrində kollektorun üzərində evlər tikildiyinə və sakinlərin konstruksiyasını zədələyərək fərdi kanalizasiya təchizatlarını magistral xəttə qoşduqlarına görə yararsız hala düşən xətt Xidmət tərəfindən yenisi ilə əvəzlənir.
Kanalizasiya təsərrüfatının mövcud vəziyyəti barədə sakinlərə öncədən xəbərdarlıq edilib. Onlara bildirilib ki, su təchizatı və kanalizasiya sistemlərinin mühafizə ərazisində, boruların üzərində tikililərin olması böyük təhlükələrə yol açır. Belə vəziyyətdə yüklənmə nəticəsində həm təchizat sistemi sıradan çıxar, həm də evlərə ziyan dəyər.
Hazırda yararsız hala düşən tullantı su kollektorunun yeri dəyişdirilir. Yeni xətt Atropat, Tomris, Atilla, Kəhriz və Yaşar Sadıqov küçələrinin müəyyən hissələrini əhatə edir.
Diametri 1000 mm olan qəzalı kollektorun əvəzinə yeni magistral xəttin çəkilməsi işləri çərçivəsində, uzunluğu 1152 metr yeni tullantı su xətti inşa edilir. Hazırda xəttin 1068 metr hissəsi çəkilib.
Layihəyə uyğun olaraq 22 ədəd quyu nəzərdə tutulub. Onlardan 14 ədədi tikilib. Eyni zamanda layihə çərçivəsinə 2304 metr abonent xətti çəkilir.
Ərazidə ümumi funksionallığı təmin etmək üçün diametri 300 mm olan boru ilə 1050 metr kanalizasiya kollektorunun inşası da nəzərdə tutulub.
Yasamal rayonu, Həbib bəy Səlimov küçəsində evlər su xəttinin üzərində inşa olunub. Yüklənmə nəticəsində qəzalı vəziyyət yarandığı üçün 48 metr yeni xətt çəkilərək istismara verilib.
Tullantı su xəttinin üzərində tikili olan daha bir ünvan Nərimanov rayonu, Montin yaşayış massivi, Şahin Mustafayev küçəsidir. Küçədən keçən mövcud kanalizasiya xəttində qəza baş verib. Qəzalı hissə fərdi yaşayış evinin altında qaldığına görə xəttin bərpası mümkün olmayıb. Bu səbəbdən yeni xəttin çəkilməsi məcburiyyəti yaranıb. Ərazinin torpaq örtüyü qaya daşlarından ibarət olduğuna görə xüsusi texnika cəlb edilib. İşlər yaxın günlərdə yekunlaşdırılacaq.
11 Aprel 01:11
10 Aprel 22:34
10 Aprel 21:40
10 Aprel 21:23
10 Aprel 21:21
10 Aprel 21:03
10 Aprel 20:56
10 Aprel 20:00
10 Aprel 19:56
10 Aprel 19:53
10 Aprel 19:29
10 Aprel 19:26
10 Aprel 17:45
10 Aprel 17:28
10 Aprel 17:25
10 Aprel 17:24
10 Aprel 17:23
10 Aprel 17:16
10 Aprel 17:13
10 Aprel 17:12
10 Aprel 17:08
10 Aprel 17:06
10 Aprel 17:02
10 Aprel 17:01
10 Aprel 16:56
10 Aprel 16:54
10 Aprel 16:50
10 Aprel 16:50
10 Aprel 16:36
10 Aprel 16:28
10 Aprel 15:46
10 Aprel 15:38
10 Aprel 15:32
10 Aprel 15:29
10 Aprel 15:17
10 Aprel 15:11
10 Aprel 14:52
10 Aprel 14:20
10 Aprel 14:18
10 Aprel 14:11
10 Aprel 14:00
10 Aprel 13:51
10 Aprel 13:46
10 Aprel 13:44
10 Aprel 13:27
10 Aprel 13:24
10 Aprel 13:23
10 Aprel 13:17
10 Aprel 13:16
10 Aprel 13:15
10 Aprel 13:12
10 Aprel 13:10
10 Aprel 13:08
10 Aprel 12:56
10 Aprel 12:53
10 Aprel 12:52
10 Aprel 12:51
10 Aprel 12:49
10 Aprel 12:46
10 Aprel 12:36
10 Aprel 12:34
10 Aprel 12:32
10 Aprel 12:29
10 Aprel 12:24
10 Aprel 12:13
10 Aprel 12:08
10 Aprel 12:06
10 Aprel 12:06
10 Aprel 12:03
10 Aprel 11:33
10 Aprel 11:27
10 Aprel 11:23
10 Aprel 11:21
10 Aprel 11:20
10 Aprel 11:00
10 Aprel 10:58
10 Aprel 10:46
10 Aprel 10:44
10 Aprel 10:22
10 Aprel 10:20
10 Aprel 10:19
10 Aprel 09:35
10 Aprel 09:35
10 Aprel 09:33
10 Aprel 09:31
10 Aprel 09:29
10 Aprel 09:26
10 Aprel 09:24
10 Aprel 09:22
10 Aprel 09:15
10 Aprel 07:41
10 Aprel 07:28
10 Aprel 06:54
10 Aprel 01:54
10 Aprel 01:48
10 Aprel 00:14
10 Aprel 00:09
9 Aprel 23:18
9 Aprel 23:16
9 Aprel 22:59
9 Aprel 22:54
9 Aprel 22:49
9 Aprel 22:44
9 Aprel 22:35
9 Aprel 22:24
9 Aprel 21:55
9 Aprel 20:59
9 Aprel 19:44
9 Aprel 19:08
9 Aprel 19:05
9 Aprel 18:33
9 Aprel 17:24
9 Aprel 17:13
9 Aprel 17:12
9 Aprel 17:11
9 Aprel 16:33
9 Aprel 16:31
9 Aprel 16:28
9 Aprel 16:24
9 Aprel 16:22
9 Aprel 16:17
9 Aprel 16:11
9 Aprel 16:08
9 Aprel 16:03
9 Aprel 15:28
9 Aprel 15:20
9 Aprel 15:17
9 Aprel 15:09
9 Aprel 15:04
9 Aprel 15:01
9 Aprel 14:52
9 Aprel 14:50
9 Aprel 14:46
9 Aprel 14:45
9 Aprel 14:40
9 Aprel 14:36
9 Aprel 14:31
9 Aprel 14:26
9 Aprel 14:16
9 Aprel 13:57
9 Aprel 13:35
9 Aprel 13:28
9 Aprel 13:25
9 Aprel 13:22
9 Aprel 13:05
9 Aprel 13:03
9 Aprel 12:54
9 Aprel 12:49
9 Aprel 12:32
9 Aprel 12:11
Ən son xəbərləri səhifəmizdən də izləyin