BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu şəxslərin nəzərinə: Avqustun 31-dək…

Ümumi təhsil müəssisələri üçün nəzərdə tutulan dərsliklərin qiymətləndirilməsi sahəsində mütəxəssis xidmətləri tələb olunur.

 

Təhsil Nazirliyindən Pravda.az-a verilən məlumata görə, dərsliklərin qiymətləndirilməsi “Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası”na əsasən 100 ballıq şkala əsasında həyata keçirilir.

 

Seçilmiş mütəxəssislər dərsliyin təhsil proqramına (kurikuluma) uyğunluğunu, dərsliyə daxil edilmiş materialların elmi etibarlılığı, dəqiqliyi, inkişafyönümlülüyü, tərbiyəyönümlülüyü, dəyəryönümlülüyü, şagirdlərin yaş xüsusiyyətlərinə uyğunluğu, dərslikdə nəzərdə tutulan pedaqoji və metodiki yanaşmaların qabaqcıl nəzəriyyələrə uyğunluğu, dizayn və tərtibatın məntiqliyi, estetikliyi və müasirliyini qiymətləndirəcəklər.

 

Namizədlər müraciət etdiyi fənni göstərərək elana əlavə olunmuş formada öz qısa avtobioqrafiyasını (CV) avqustun 31-dək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

 

Ətraflı məlumatı müvafiq elan vasitəsilə əldə etmək mümkündür.

 

Tarix: 29 İyul 2020, 13:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin