BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda oğurluq etdikləri evlərin kameralarını sındıran şəxslər saxlanıldı

Binəqədi rayonu ərazisində naməlum şəxslər iki evə daxil olaraq oğurluq ediblər və zərərçəkənlərə ümumilikdə 8500 manat maddi ziyan vurulub.

 

Bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.

 

Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 29 yaşlı Elməddin Nəcəfli, 24 yaşlı Muğan Əsədov və 27 yaşlı Ayxan Quliyev müəyyən edilərək saxlanılıblar.

 

Araşdırma zamanı onların əməllərini ört-basdır etmək üçün oğurluq etdikləri evlərin təhlükəsizlik kameralarının bir neçəsini sındırdıqları məlum olub.

 

Araşdırmalar davam etdirilir.

Tarix: 28 Yanvar 2026, 16:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin