BURADA REKLAMINIZ OLA
BİLƏR

Əhəd Abıyev: "Qardaşım ölməyib" - YENİLƏNDİ

Daşkəsən rayonunun sabiq icra başçısı, keçmiş deputat Əhəd Abıyev qardaşının ölüm xəbərinə münasibət bildirib. Ə.Abıyev bu barədə "Qafqazinfo"ya açıqlama verib.

 

O bildirib ki, qardaşı hazırda ev şəraitində müalicəsini davam elətdirir:

 

"Qardaşım uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkir. Əvvəl Türkiyədə, bu günlərə kimi isə Azərbaycandakı xəstəxanaların birində müalicə alıb. Amma qardaşım ölməyib, sağdır. Bilmirəm ki, bu cür yalan məlumatları niyə yayırlar".

 

***

11:47

 

Uzun müddət Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışmış Nadir Abıyev vəfat edib.

 

Pravda.az Publika.az-a istindən xəbər verir ki, onun ölüm səbəbi açıqlanmayıb.

 

Qeyd edək ki, Nadir Abıyev Daşkəsən rayonunun sabiq icra başçısı Əhəd Abıyevin qardaşı olub.

Tarix: 29 Yanvar 2026, 14:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin