BURADA REKLAMINIZ OLA
BİLƏR

DİN müəllimin güllələnməsi ilə bağlı məlumat yaydı

Fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş. insident törədib.

 

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Məlumata görə, o, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K-ya xəsarət yetirib. Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

Tarix: 6 Fevral 2026, 10:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin