BURADA REKLAMINIZ OLA
BİLƏR

Nəsiminin yeni icra başçısı Tahir Budaqov kollektivə təqdim olunub

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Tahir Budaqov bu gün Azərbaycan Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.

 

Pravda.az xəbər verir ki, təqdimatda Zeynal Nağdəliyev çıxış edib və dövlət başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

 

Tahir Budaqov ona göstərilən etimada görə minnətdarlıq edib.

 

Qeyd edək ki, Tahir Yaqub oğlu Budaqov ötən gün Azərbaycan Prezidentinin Sərəncamı ilə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Tarix: 10 Fevral 2026, 10:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin