BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezidentin yüksək vəzifəyə təyin etdiyi Azər Mursaqulov KİMDİR... - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Azər İsmayıl oğlu Mursaqulov Dövlət Statistika Komitəsinin sədri təyin edilib. Pravda.az Azər Mursaqulovun dosyesini təqdim edir:

 

Azər Mursaqulov 1981-ci ildə ildə anadan olub.

 

O, Türkiyənin Boğaziçi Universitetinin məzunudur. ABŞ-ın Corciya Universitetində iqtisadiyyat ixtisası üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsi alıb.

 

A.Mursaqulov 2010–2012-ci illərdə Vaşinqton şəhərində Beynəlxalq Valyuta Fondunun baş qərargahında Fondun icraçı direktorunun müşaviri vəzifəsində çalışıb.

 

2012–2019-cu illərdə Maliyyə Nazirliyində müxtəlif vəzifələrdə işləyib.

 

2019-cu ildən etibarən Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru vəzifəsini tuturdu.

Tarix: 10 Fevral 2026, 14:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin