“2026-cı il təkrar mənzil bazarı üçün əvvəlki illərlə müqayisədə daha həssas, lakin proqnozlaşdırıla bilən bir il olacaq”.
“MBA Consulting Group”un rəhbəri, əmlak ekspert Faiq İbrahimov Pravda.az-a bildirib ki, 2025-ci ildə iqtisadi göstəricilər nisbətən sabit qalsa da, növbəti ilin bazarı daha çox risk və imkan balansında formalaşacaq: “2025-ci ildə iqtisadi artım 1,4 faiz, neft-qaz sektoru 1,6 faiz geriləmə və inflyasiya 5-5,5 faiz intervalında olub. Bu da öz növbəsində qiymətlərin yüksək səviyyədə sabit qalmasına səbəb olub”.
Ekspert qeyd edir ki, 2026-cı ildə isə bazarın trayektoriyasını əsasən dövlət xərclərinin strukturu, makroiqtisadi və valyuta sabitliyi, tikinti sektorunun aktivliyi və inflyasiya göstəriciləri müəyyən edəcək: “Əgər inflyasiya 4-6 faiz diapazonunda qalarsa, qiymətlər sabit templə arta bilər, əks halda kreditləşmə və alıcılıq gücü zəifləyərək bazarda durğunluq riski yaranacaq. Sosial ödənişlərin və əməkhaqlarının artması bazarın əsas oyunçularından biri olacaq. Real gəlirlər yüksələrsə, orta seqmentdə tələb artımı müşahidə edilə bilər. Əks halda hazırkı qiymət səviyyəsində genişlənmə baş verməyəcək”.
Müsahibimiz pul siyasətində Mərkəzi Bankın uçot dərəcəsini 6,5 faizdən aşağı endirməsinin ipoteka və istehlak kreditləri üzrə yükü yüngülləşdirərəcəyini və nəticədə satışları gücləndirəcəyini söyləyir: “Xüsusilə 1-3 otaqlı mənzillərin bazarında canlanma yaradacaq. Valyuta bazarı isə 2026-cı il üçün həlledici sabitləşdirici amil olaraq qalır. Manatın 1,70 səviyyəsinin qorunması spekulyativ qiymət artımı və ya kəskin ucuzlaşma üçün zəmin yaratmır. Əks halda valyuta riskləri bazarın bütün seqmentlərinə zəncirvari təsir göstərə bilər. İnşaat sektorunun aktivləşməsi yeni layihələrin bazara daxil olmasına və qiymətlərin sabit qalmasına, bəzi seqmentlərdə isə korrektə edilməsinə şərait yaradacaq, əgər aktivlik azalarsa, hazırkı qiymətlər daha uzun müddət sabit qalacaq”.
Əlavə edir ki, 2026-cı ilin əsas ssenarisi qiymətlərin kəskin artmadığı, lakin yüksək baza səviyyəsində möhkəmləndiyi sabit il modelidir: “Optimist ssenari sosial ödənişlərin artması və kredit yumşalması ilə bazarın canlanmasını, pessimist ssenari isə inflyasiyanın yüksəlməsi və tikinti aktivliyinin zəifləməsi fonunda bazarın durğunlaşmasını proqnozlaşdırır. 2026-cı il təkrar mənzil bazası üçün həlledici dönüş ili olacaq və bazarın istiqamətini müəyyən edən amillər artıq ilin əvvəlindən özünü göstərməyə başlayacaq” - deyə, İbrahimov fikrini tamamlayır.
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
Ən son xəbərləri səhifəmizdən də izləyin