BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezident İlham Əliyev: Tramp marşrutu regionda sülhü gücləndirəcək

Tramp marşrutu nəinki Azərbaycanın iki hissəsini birləşdirəcək, eyni zamanda, çox etibarlı, təhlükəsiz qaydada böyük daşımalar dəhlizinə çevriləcək. O, Azərbaycan ərazisi, Ermənistan vasitəsilə Asiyanı Avropa ilə birləşdirəcək və digər qonşular da burada iştirak edəcəklər.

 

Pravda.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens ilə mətbuata birgə bəyanatında bildirib.

 

Dövlətimizin başçısı deyib ki, bu da, ümumiyyətlə, regionda sülhü gücləndirəcək.

Tarix: 10 Fevral 2026, 19:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin