Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Nizami Piriyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
İttihama görə, Nizami Piriyev ayrı-ayrı vaxtlarda özünü müxtəlif dövlət və hüquqi qurumların icraçı direktoru kimi təqdim edərək bir neçə şəxsə qarşı dələduzluq əməlləri törədib.
Belə ki, o, özünü zərərçəkmiş D.D.-yə (adı, soyadı şərtidir) dövlət Agentliklərdən birinin icraçı direktoru kimi təqdim edərək, onun etibarından sui-istifadə edib. Nizami Piriyev zərərçəkmiş şəxsin Xaçmaz rayonu, Aşağı Ləgər kəndi ərazisində icarə müqaviləsi əsasında istifadə etdiyi kənd təsərrüfatı təyinatlı örüş sahəsini guya xüsusi mülkiyyətinə keçirməyə kömək edəcəyini vəd edib. Bu məqsədlə o, 2019-cu ilin avqust ayında sözügedən kənd ərazisində D.D.-dən 7 000 manat pul vəsaitini alaraq ələ keçirib. Sonradan verdiyi vədlərin yalan olduğu müəyyən edilib və bununla da zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurulub.
Araşdırmalar zamanı məlum olub ki, Nizami Piriyev analoji cinayət əməllərini zərərçəkmiş F.F.-ə (adı, soyadı şərtidir) qarşı da təkrarən törədib. Belə ki, bu dəfə o, özünü Azərbaycan Respublikasının Şimal bölgəsi üzrə Mübahisəli Məsələlərin Hüquqi Həlli üzrə Agentliyinin icraçı direktoru kimi təqdim edib. Zərərçəkmiş şəxsin etibarını qazanmaq məqsədilə ona Qusar rayonu, Yasab-oba kəndi ərazisində yerləşən 45 hektar torpaq sahəsini göstərərək həmin ərazini satacağını bildirib. Bu yalan vədlərlə Nizami Piriyev əvvəlcə 2021-ci ilin sentyabr ayının əvvəllərində Quba rayonu, Aşağı Altuc kəndi ərazisində F.F.-dən 10 000 manat, daha sonra 10 sentyabr 2021-ci il tarixdə Xaçmaz şəhərində əlavə olaraq 100 000 manat, sonuncu dəfə isə 02 mart 2022-ci il tarixdə Quba–Xaçmaz avtomobil yolunun Quba rayonu, Bağbanlı kəndi ərazisindən keçən hissəsində 110 000 manat pul vəsaiti alıb. Beləliklə, Nizami Piriyev ümumilikdə 220 000 manat məbləğində pul vəsaitini ələ keçirərək, F.F.-ə külli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq edib.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nizami Piriyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib. Məhkəmə ona 7 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edib. Hökmə əsasən, CM-in 66.5-ci maddəsi tətbiq olunmaqla, Xaçmaz Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 1 il 8 ay azadlığın məhdudlaşdırılması cəzası, CM-in 68.1.1-1-ci maddəsinə uyğun olaraq hesablanıb və 10 ay azadlıqdan məhrumetmə cəzası kimi müəyyən edilib. Yeni təyin olunmuş cəza ilə qismən toplamaqla Nizami Piriyevin barəsində 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Birinci instansiya məhkəməsinin bu hökmündən Nizami Piriyev və onun müdafiəçisi tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilib. Təqsirləndirilən şəxs cinayət işinə yenidən baxılmasını, müdafiəçi isə hökmün ləğv edilərək Məhkuma bəraət verilməsini xahiş edib. Lakin Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayətləri qismən təmin edilib. Belə ki, apellyasiya instansiyası məhkəməsi hökmün cəza təyini hissəsində dəyişiklik edərək, onun cəzasını 5 il 3 ay 20 günə endirib. Apellyasiya instansiyası məhkəməsinin qərarından sonra məhkum kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.
Kamal Məmmədov
12 Mart 13:48
12 Mart 13:47
12 Mart 13:25
12 Mart 13:22
12 Mart 13:17
12 Mart 13:15
12 Mart 13:13
12 Mart 13:09
12 Mart 13:08
12 Mart 13:06
12 Mart 13:03
12 Mart 12:53
12 Mart 12:43
12 Mart 12:39
12 Mart 12:35
12 Mart 12:29
12 Mart 12:24
12 Mart 12:22
12 Mart 12:20
12 Mart 12:18
12 Mart 11:49
12 Mart 11:40
12 Mart 11:18
12 Mart 11:17
12 Mart 11:06
12 Mart 10:59
12 Mart 10:58
12 Mart 10:57
12 Mart 10:55
12 Mart 10:54
12 Mart 10:19
12 Mart 09:44
12 Mart 09:22
12 Mart 09:17
12 Mart 09:15
12 Mart 09:13
12 Mart 09:11
12 Mart 09:09
12 Mart 09:07
12 Mart 09:03
12 Mart 09:02
12 Mart 08:28
12 Mart 07:42
12 Mart 00:16
11 Mart 23:43
11 Mart 23:40
11 Mart 22:35
11 Mart 22:32
11 Mart 22:30
11 Mart 21:37
11 Mart 21:18
11 Mart 20:57
11 Mart 20:42
11 Mart 20:18
11 Mart 20:15
11 Mart 19:24
11 Mart 19:06
11 Mart 18:38
11 Mart 18:19
11 Mart 18:17
11 Mart 18:16
11 Mart 17:50
11 Mart 17:38
11 Mart 17:25
11 Mart 17:24
11 Mart 17:13
11 Mart 17:12
11 Mart 17:08
11 Mart 17:08
11 Mart 17:05
11 Mart 16:53
11 Mart 16:30
11 Mart 16:27
11 Mart 16:21
11 Mart 16:12
11 Mart 16:10
11 Mart 16:02
11 Mart 15:59
11 Mart 15:45
11 Mart 15:43
11 Mart 15:41
11 Mart 15:32
11 Mart 15:30
11 Mart 14:58
11 Mart 14:48
11 Mart 14:40
11 Mart 14:35
11 Mart 13:56
11 Mart 13:37
11 Mart 13:29
11 Mart 13:10
11 Mart 13:05
11 Mart 12:53
11 Mart 12:38
11 Mart 12:20
11 Mart 12:15
11 Mart 11:55
11 Mart 11:51
11 Mart 11:39
11 Mart 11:35
11 Mart 11:19
11 Mart 11:18
11 Mart 11:09
11 Mart 11:03
11 Mart 11:01
11 Mart 10:45
11 Mart 10:22
11 Mart 10:06
11 Mart 10:03
11 Mart 10:02
11 Mart 09:48
11 Mart 09:46
11 Mart 09:45
11 Mart 09:43
11 Mart 09:42
11 Mart 09:35
11 Mart 09:09
11 Mart 08:53
11 Mart 01:32
11 Mart 00:39
10 Mart 22:18
10 Mart 21:23
10 Mart 19:24
10 Mart 19:22
10 Mart 19:20
10 Mart 19:00
10 Mart 18:52
10 Mart 18:48
10 Mart 18:45
10 Mart 18:39
10 Mart 18:36
10 Mart 18:04
10 Mart 17:59
10 Mart 17:47
10 Mart 17:31
10 Mart 16:59
10 Mart 16:57
10 Mart 16:55
10 Mart 16:50
10 Mart 16:43
10 Mart 16:32
10 Mart 16:26
10 Mart 16:23
10 Mart 16:06
10 Mart 16:01
10 Mart 15:57
10 Mart 15:56
10 Mart 15:09
10 Mart 14:45
10 Mart 14:38
Ən son xəbərləri səhifəmizdən də izləyin