BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezident İlham Əliyev bir-birinə rəqib olan və fərqli qütblərdə yerləşən ölkələrlə balansı qoruyur - RƏY

"Prezdent İlham Əliyev yüksək diplomatik məharətə malik və balanslı xarici siyasət aparan böyük liderdir. Dövlət başçımız bir-birinə rəqib olan və fərqli qütblərdə yerləşən ölkələrlə balansı qoruyur və ölkəmizin milli maraqları üzərindən münasibətlər yaradır. Azərbaycan dünya xəritəsində nə ərazisinə, nə də əhalisinə görə heç də o qədər böyük ölkə  deyil. Amma Prezident İlham Əliyevin apardığı xarici siyasət titanikdir və Azərbaycan dünyanın ən güclüləri ilə əməkdaşlıqlar qurur".

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

 

Azər Badamov: “İnanmıram ki, kimsə rusca danışdığına görə təhqirə məruz  qalsın” Pravda.az

 

Deputat xatırladıb ki, 2022-ci ilin 22 fevralında Rusiya ilə müttəfiqlik sənədi, 23 aprel 2025-ci ildə Çinlə hərtərfli strateji əlaqələrin qurulması  haqqında Birgə Bəyanat və indi də 10 fevralda ABŞ ilə Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb:

 

O qeyd edib ki, bütün bu uğurlar Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqil, reallıqlar yaradan və qalib ölkə kimi dünyada qəbul olunmasının göstəricisidir: "Həm də Azərbaycanın dünya gücləri ilə müstəqil və qarşılıqlı fayda əsasında münasibətlərinin qurulması ölkəmizin qlobal siyasətdə özünü təsdiq etməsi deməkdir".

 

Aytəkin Qardaşova

Tarix: 11 Fevral 2026, 12:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin